FUTBOL
------------------
Azərbaycan millisi Avro-2024-ün seçmə mərhələsini biabırçı məğlubiyyətlə bitirib
Qara dərəili Lukaku bu oyunda yığmamızın qara kabusu olub
Dünən Köhnə Qitədə qeyd edilən növbəti futbol bayramı azərbaycanlı futbol azarkeşləri üçün qorxulu röya və qara futbol kabusu kimi yadda qalıb. Bizlər üçün yaranan bu qorxulu röyanın "qəhrəmanı" isə Belçika yığmasının forvardı Romeu Lukaku olub. Söhbət Avro-2024-ün seçmə qrup oyunlarının son turu çərçivəsində keçirilən Belçika - Azərbaycan matçından gedir. Qeyd edək ki, Belçikanın paytaxtı Brüsseldəki "Rua Boduen" stadionunda baş tutan və baş hakimi macarıstanlı Qerqe Boqar olan matç ev sahibinin darmadağın hesablı qələbəsi ilə başa çatıb - 5:0. Maraqlıdır kı, taleyi Qerqe Boqara tapşırılan matçın taleyini də, müqəddaratını da Belçka millisinin forvardı Romeu Lukaku həll edib. Özü də hec çox gözlətmədən. Elə qarşılaşmanın ilk yarısında. Belə ki, 17-ci dəqiqədə hesabı açan (1:0) Lukaku 26-cə dəqiqdə dubl (2:0), 30-cu dəqiqədə het-trik (3:0) 37-ci dəqiqədə isə poker (4:0) edib. Bununla da Lukaku həm də Avro-2024-ün seçmələrində 14 qolla turnirin bombardiri olub. O, bu göstərici ilə portuqaliyalı Kriştiano Ronaldonun turnirin bombardiri olmaq istəyini ürəyində qoyub. Yeri gəlmişkən, Ronaldo Avro-2024-ün seçmələrini 11 qolla başa vurub. Belçika - Azərbayacn matçında son nöqtəni isə 90-cı dəqiqədə Leandro Trossard qoyub - 5:0. Bununla da Azərbaycan komandası yer aldığı F qrupunda cıxışını 8 oyundan sonra topladığı 7 xalla, həmişə olduğu kimi yenə də sonuncudan əvvəlki yerdə. yəni aşağıdan ikinci pillədə başa vurub. Yəğmamızın qrupda keçirdiyi oyunlarda nəticələr belə olub:
Avstriya (1:4, 0:1), İsveç (0:5, 3:0), Estoniya (1:1, 0:1), Belçika (0:1, 0:5).
F qrupunda son turda keçirilən digər oyunda isə İsveç doğma divarlar arasında Estoniyanı 2:0 hesabla məğlub edib.
F qrupunda yekun turnir cədvəli belədir:
Коmanda | O | Q | Н | M | T/F | X |
Belçika | 8 | 6 | 2 | 0 | 22-4 | 20 |
Avstriya | 8 | 6 | 1 | 1 | 17-7 | 19 |
İsveç | 8 | 3 | 1 | 4 | 14-12 | 10 |
Аzərbaycan | 8 | 2 | 1 | 5 | 7-17 | 7 |
Estoniya | 8 | 0 | 1 | 7 | 2-22 | 1 |
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.