ŞAHMAT
-----------
Şahmatçıların Avropa çempionatına bu gün yekun vurulacaq
Yığmalarımızın rəqibi İtaliya və Serbiya olacaq
Noyabrın 11-də Montoneqronun Budve şəhərində kişi və qadın şahmatçılar arasında startı verilən və Azərbaycan komandalarının da mübarizə apardığı komandalararası Avropa çempionatına bu gün 9-cu turla yekun vurulacaq. Qeyd edək ki, 38 kişi və 32 qadın komandasının iştirak etdiyi bu çempionatın son turunda yığmalarımız müvafiq olaraq İtaliya və Serbiya millisinə qarşı oynayacaq. Yeri gəlmişkən, İtaliya il qarşılaşmağa hazırlaşan kişi komandamız geridə qalan 8 turdan sonra 8 xalla 20-ci pillədə qərarlaşıb. Son matçını Serbiya komandasına qarşı keçirəcək qadın millimiz isə 13 xalla yarış cədvəlində ikinci pillədə yer alıb. Yarşı cədvəlinə 14 xalla liderlik edən Bolqarıstandan 1 xal geri qalan qadın millimiz cədvəldə ilk üçlüyü tamamlayan Fransanı 1 xal qabaqlayır. Xatırladaq ki, 3 dəfə Avropa çempionu adını qazanan kişi yığmamızdan fərqli olaraq, qadınlarımızın bu dəfə çempionatın mükafatçıları arasında yer almaq imkanları var. Qadın yığmamız son turu da qələbə ilə bitirsə, ən pis halda AÇ-nın ikincisi olacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.