Voleybol
---------------
AVF-la CEV yeni əməkdaşlığa başlayacaq
Bu gün Bakıdakı "Four Seasons" otelində Azərbaycan Voleybol Federasiyası (AVF) mətbuat konfransı keçirdi. Qeyd edək ki, AVF-nin prezidenti Şahin Baqirov, vitse-prezidentlər Faiq Qarayev, Bəhruz Quliyev, qurumun idarə heyətinin üzvləri, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, eləcə də ölkəmizdə işgüzar səfərdə olan Avropa Voleybol Federasiyasınin (CEV) prezidenti Aleksandr Borivic, CEV- in vitse-prezidenti Renato Arena, Türkiyə Voleybol (TVF) Federasiyasınin prezidenti Akif Üstündaq və Bolqarıstan Voleybol Federasiyasınin (BVF) prezidenti Lyubomir Qanevin iştirak etdiyi Konfransda Azərbaycan voleybolunun bu günü və gələcəyi ilə baqli bir sıra vacib məsələlər müzakirə obyekti kimi ortaya çıxarılıb.
Toplantıda ilk söz sahibi olan AVF prezidenti Şahin Baqirov media nümayəndələrini salamlayıb qonaqları təqdim etdikdən sonra, bu gun kişi və qadın voleybolçulardan ibarət klubların mubarizə aparacaqi Azərbaycan çempionatının Yüksək Liqasının açılış mərasiminin baş tutacaqini tedbir iştirakçılarının nəzərinə çatdırdi. "Hesab edirəm ki, bu gün startı veriləcək yeni çempionat voleybolumuz üçün səmərəli olacaq. Məhz çempionat vasitəsi ilə biz yeni oyunçular aşkar edəcəyik. Bu gün toplantımızda iştirak edən qonaqların Bakıya gəlişi bizim üçün çox əhəmiyyətlidir. Ölkəmizdə bu idman növünün inkişafı üçün CEV öz dəstəyini əsirgəməyəcək" - Şahin Baqirov belə dedi.
Daha sonra çıxış üçün söz CEV prezidenti Aleksandr Boricicə verildi. Hər kəsə təşəkkür etməklə çıxışına baslayan CEV rəhbəri Azərbaycana tək deyil, rəhbərlik etdiyi qurumun vitse-prezidenti Renato Arena, TVF və BVF prezidenti ilə birlikdə gəldiyini bildirdi. "Biz Azərbaycan voleybolunun inkişafı üçün əlimizdən gələn dəstəyi əsirgəməyəcəyik. Bu gün bizim iştirakımızla uqurlu bir toplantı keçirdik. Mən Azərbaycan Milli Olimpiya Komitəsinə, o cümlədən ölkə rəhbərliyinə təşəkkür edirəm. Çünki onlar Azərbaycan voleyboluna hər zaman dəstək olmaq istəyirlər. Burada AVF prezidentini xüsusi olaraq qeyd etmək istəyirəm. O, çox enerjili insandır. Bu günki iclasda biz birlikdə işləmək üçün bir araya gəldik. Biz məktəblərdə volebolun tədris edilməsi, yarışların təşkili məsələsini də müzakirə etdik. Razilasdiq ki, böyük federasiyalar kiçik federasiyalara köməklik etsinlər. Mən çox şadam ki, bu gün Türkiyə, Bolqaristan və İtaliyanin voleybol rəhbərləri də buradadır. Azərbaycanda voleybolun inkişafı üçün bu ölkələr öz koməkliklərini edəcəklər. Bununla baqli artıq Türkiyə ilə Azərbaycan arasında protokol imzalandı. Yaxın gələcəkdə Azərbaycanda böyük idman layihələri həyata keçiriləcək. Biz çox istəyirik ki, Azərbaycan bir sıra idman layihələrini həyata keçirsin" - deyən CEV rəhbəri sonda Azərbaycanda voleybol sahəsində görülən işlərə görə AVF prezidenti Şahin Baqirova təşəkkür etdi.
Bunun ardından söz alan Çingiz Hüseynzadə isə ilk öncə bu gün keçirilən iclasın əhəmiyyətindən danışdı. O, bunu Azərbaycan voleybolunun yenidən dünya voleyboluna qayıdışı adlandırdı. Hüseynzadə onu da qeyd etdi ki, MOK ölkəmizdə voleybolun inkişaf etdirilməsi üçün həmişəki kimi, yenə də AVF-ə kömək etməyə hazırdır.
Bu arada Şahin Baqirov başda ölkə başçısı İlham Əliyev olmaqla, MOK rəhbərliyinə təşəkkür etdi və onların ölkə idmanına göstərdikləri qayğıdan söhbət açdı.
Sonra çıxış edən Renato Arena (CEV- in vitse-prezidenti) ölkəmizə dəvət edildldikleri üçün MOK rəhbərliyinə təşəkkür etdi və bildirdi ki, CEV, TVF və BVF hər zaman AVF-na dəstək verəcək. Azərbaycanda bir sıra layihələrin həyata keçirilməsinə dlazimi yardım ediləcək.
TVF prezidenti Akif Üstündaq daha isti çıxış etdi. "Azərbaycan bizim qardaş ölkədir. Buna görə də biz Azərbaycana hər cür kömək etməyə hazırıq. Biz Azərbaycanla birgə irəli getməkdən qürur duyuruq. ATF və AVF birlikdə çox işlər görəcək" - deyən türkiyəli qonaq bu arada AVF- in vitse prezidenti Faiq Qarayevin Türkiyədəki fəaliyyətindən və onun Türkiyə voleyboluna verdiyi töhfələrdən də danışdı.
BVF prezidenti Lyubomir Qanevə gəlincə, o da Azərbaycana hər zan dəstək verməyə hazır olduğunu bildirdi. " Avropa Voleybol Federasiyası bir komandadir. Biz istəyirik ki, Azərbaycan da bu komandanın tərkibində olsun. Azərbaycana dəstək verməyə hər zaman hazırıq"- bolqarıstanlı qonaq belə dedi.
Sonda isə Faiq Qarayev legioner məsələsinə toxundu. O, qeyd etdi ki, Azərbaycana gətirilən legionerlər hazır oyunçu kimi gətirilməyib. Yiqmamizin üzvü olan legionerlər bizim ölkəyə az yaşlarından gətirilib və burada peşəkar voleybolçu kimi yetisdirilib. F.Qarayev buna bariz nümunə olaraq uzun illər Azərbaycan yiqmasinda hücumçu kimi çıxış edən və hətta Avropanın "Qızıl top" mükafatına layiq görülən Nataliya Məmmədovani misal çəkdi. Faiq Qarayev yaxın gələcəkdə ölkəmizdə türk dilli ölkələr arasında Türk Dünyası Kubokunun keçirilə biləcəyini də vurquladl.
Bir məqamı da qeyd edim ki, gələcəkdə ölkəmizdə voleybol akademiyasının acilacaqi da müzakirə edilib.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.