ŞAHMAT
---------------
"Qatar Masters Open 2023" şahmat turniri yekunlaşıb
1-2-ci yerləri özbəkistanlı Nodirbek adaşları tutub
Oktyabrın 11-də Qətərin paytaxtı Dohada Azərbaycan şahmatçıları da daxil olmaqla 158 zəka sahibinin iştirakı ilə start götürən və mükafat fondu 110 min dollar təşkil edən ""Qatar Masters Open 2023" beynəlxalq turnirə bu gün 9-cu turla yekun vurulub. Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən turnirin qalibi və gümüş medalçısı hərəyə 7 xal toplayan özbəkistanlı Nodirbek adasları olub. Əlavə əmsallara görə, Nodirbek Yakubboyev birinci, Nodirbek Abdusattarovsa ikinci yeri tutub. İlk üşlüyü isə hərəyə 6,5 xal toplayan 6 şahmatçı arasında hindistanlı S.L. Narayanan tamamlayıb.
Turnirdə iştirak edən Azərbaycan təmsilçilərinə gəlincə, şahmatçılarımız arasında nisbətən yaxşı nəticəni Riad Səmədov göstərib. Reytinq göstəricisinə görə iştirakçılar arasında 58-ci olan Riad cəmi 5 xal toplayıb ki, bu da ona turnirdə 63-cü olmaq imkanı verib. Digər təmsilçilərimizdən Əhməd Əhmədzadə 4,5 xalla 72-ci. Vüqar Rəsulov eyni xalla 89-cu, Gülnar Məmmədova 4 xalla 109-cu, 3 xal toplayan Xanım Balacayeva isə 139-cu yeri tutub.
Turnirin diqqətçəkən maqamlarından biri norveçli şahmatçı, sabiq dünya çempionu və hazırda FİDE reytinq cəvəlinə vahid liderlik edən və bu səbəbdən də turnirin favoriti hesab edilən Maqnus Karlsenin 6 xalla yalnız 16-cı ola bilib.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.