ÇİMƏRLİK GÜLƏŞİ
---------------
Azərbaycan güləşçisi dünya çempionu olub
Türkiyədə çimərlik güləşi üzrə keçirilən və Azərbaycan təmsilçilərinin də iştirak etdiyi Dünya Seriyasının 5-ci və həm də sonuncu mərhələ yarışı başa çatıb. Bu mərhələdə çıxış edən 3 pəhləvanımızdan biri - İbrahim Yusubov (90 kq) yalnız həlledici finalda büdrəyərək ikinci yeri tutmaqla gümüş medala layiq görülüb. Digər iki təmsilçimiz - Ramiz Həsənovla (70 kq) Oyan Nəzəriani (+90 kq) isə mərhələ yarışını 4-cü pillədə başa vurub.
Qeyd edək ki, bu mərhələdən sonra güləşçilərin beş mərhələdə yığdıqları xallar birlikdə hesablanıb və bununla da hər çəki dərəcəsinin qalib və mükafatçıları müəyyənləşib. Azərbaycan pəhləvanı İbrahim Yusubov (90 kq) ümumi xallara görə ötən ilki kimi yenə də dünya çempionu adını qazanıb. Son yarışlara məşqçi-idmançı kimi qatılan və bu yarışdan sonra güləşçi karyerasını bitirdiyini elan edən Oyan Nəzəriani (+90 kq) dünya üçüncüsü olmaqla, bürünc medala layiq görülüb. Ramiz Həsənovsa (70 kq) isə mövsümü dünya dördüncüsü kimi başa vurub.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.