Həndbol
--------------------
Qadın həndbol yığmamız sabah AÇ- nin seçmə qrup oyunlarına başlayır
Sabah həndbolçu qadınlar arasında Avropa çempionatının seçmə qrup oyunlarına start veriləcək. Azərbaycan yığması da daxil olmaqla 32 komanda 8 qrupda mübarizəyə başlayacaq. Yığmamız 5-ci qrupda yer almaqla, Şimal Makedoniya, İspaniya və Latviya millisinə qarşı oynayacaq. AHF- dan verilən məlumata görə, yığmamız ilk matçını sabah Şimali Makedoniyanın paytaxtı Skopyedə yerli komandaya qarşı keçirəcək.
Xatırladaq ki, Azərbaycan komandası indiyədək bu komandayla 4 dəfə qarşılaşib və yalnız bir oyunda qalib gələ bilib (2002-ci ildə). 2016-ci ildən sonra isə Azərbaycan yiqmasi bu turnirə qatılmayıb. Uzun müddətli fasilədən sonra, yığmamız yenidən bu yarışlara qatılır. Qrup oyunları ev və səfər oyunu əsasında keçiriləcək.
Reqlamentə görə, qruplarda 1-2-ci yeri tutanlar və eləcə də 4 ən yaxşı qrup üçüncüsü olan komandalar AC-nin final mərhələsinə vəsiqə qazanacaq. Avropa çempionatinin final mərhələsi Macarıstan, Avstriya və İsveçrədə keçiriləcək.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.