FORMULA-1
-------------------
Cessika Xokins Formula-1 bolidində ilk yürüş edən qadındır
5 illik fasilədən sonra ilk dəfə olaraq, Formula-1 bolidində qadın pilot test edib. "Aston Martin" komandasının rəsmi saytında yayılan xəbərə görə həmin qadın kartinq üzrə Böyükbritaniya çempionu adını daşıyan Cessika Xokins olub. İlk dəfə Formula-1 bolidinə əyləşən 28 yaşlı Xokins Macarıstanın paytaxtı Budapeştdəki "Xunqarorinq" avtodromunda 26 dəfə dövrə vurub.
O, testi uğurla başa vurandan sonra açıalama verib: "Mən həqiqətən də bu çıxışımla fəxr edirəm. Bu cür yürüşlərimi davam etdirəcəm. İstəyirəm ki, başqa qadınlar da bura cəlb olunsunlar və indiyədək arzu kimi qalan arzularını həyata keçirsinlər" - Xokins deyib.
Xatırladaq ki, ilk dəfə olaraq 2018-ci ildə Formula-1 bolidində ("Zauber" komandası) kolumbiyalı Tatyana Kalderon test etmişdi. Beş illik fasilədən sonra bunu Cessiko Xokins reallaşdırıb.
Yeri gəlmişkən, hazırda Formula-1 üzrə dünya çempionatında pilotların şəxsi yarışına 400 xalla Maks Ferstappen ("Red Bull") liderlik edir. Onun komanda yoldaşı Serxio Peres 223 xalla ikinci, 7 qat dünya çempionu Lyuis Hemltonsa ("Mersedes") 190 xalla üçüncüdür.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.