GÜLƏŞ
-------------------
Paris-2024-ə lisenziya uğrunda kimlər güləşəcəklər?
Sentyabrın 16-dan 24-dək Serbiyanın paytaxtı Belqradda idman güləşi üzrə (sərbəst, qadın və yunan-Roma) növbəti dünya çempionatı keçiriləcək. Qeyd edək ki, 2024-cü ildə Parisdə (Fransa) keçiriləcək Yay Olimpiya Oyubnlarına lisenziya xarakteri daşıyan bu mundialda Azərbaycan güləşçiləri də iştirak edəcəklər. Artıq hər üç komandamızın heyəti müəyyənləşib. Qeyd edək ki heyətdə 3 qat dünya çempionu Hacı Əliyev, ikiqat dünya çempionu Eldəniz Əzizli kimi pəhləvanlar yer alıb.
Sərbəst güləş: Əliabbas Rzazadə (57 kq), İntiqam Vəlizadə (61 kq), Hacı Əliyev (65 kq), Maqomed-Bəşir Xanıyev (70 kq), Turan Bayramov (74 kq), Orxan Abbasov (79 kq), Abubəkr Abakarov (86 kq), Osman Murmaqomedov (92 kq), Maqomedxan Maqomedov (97 kq) və Qeorqi Meşvildişvili (125 kq).
Qadın yığmamız: Маriya Stadnik (50 kq), Elnurə Məmmədova (53 kq), Jalə Əliyeva (57 kq), Аlena Коlesnik (59 kq), Elis Маnolova (62 kq), Birgül Soltanova (65 kq).
Yunan-Roma güləşi: Eldəniz Əzizli (55 kq), Nihat Məmədli (60 kq), Мurad Мəmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvi Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 кг), İslam Abbasov (87 кг), Аrif Niftullayev (97 kq), Beka Kandelaki (130 kq).
Qeyd edək ki, mundialın təsdiq olunan proqramına əsasən ilk olaraq sərbəst güləşçilər mübarizəyə başlayacaqlar. Onun ardından qadınlar, sonda isə klassiklər güləşəcəklər. Hər çəkidə ilk 5 yeri tutan güləşçi Paris-2024-ə lisenziya qazanmış olacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.