ŞAHMAT
------------------------
Teymur Rəcəbov "Tata Steel Chess"in blits yarışında sonuncudur
Bu gün o, daha 9 turda özünü sınayacaq
Hindistanın Kəlküttə şəhərində şahmat üzrə keçirilən və azərbaycanlı qrossmeyster Teymur Rəcəbov da daxil olmaqla 10 zəka sahibinin mübarizə apardığı "Tata Steel Chess" beynəlxalq turnini blits yarışı davam edir. Qeyd edək ki, bəlli turnirin rapid yarışında 5,5 xalla ikinci yeri tutan Rəcəbov blitsin ilk yarış günündə heç nə ilə yadda qalmayıb. Belə ki, mlitsin ilk yarış günündə keçirdiyi 9 oyundan sonra cəmi 2 xal toplayan Teymur yarış cədvəlində sonuncu pillədə qərar tutub. Bu gün daha 9 turla yarışa yekun vurulacaq. Xatırladaq ki, turnirdə Rəcəbovla yanaşı, Maksim Vaşye-Laqrav (Fransa, Rəcəbovun ikinci yeri tutduğu rapid yarışının qalibi), Dommaracu Qukeş, Eriqaysi Arcun, Rameşbabu Praqqnanandxa, Pentala Xarikrişna, Santoş Vidit (hamısı Hindistan), Vinsent Kaymer (Almaniya), Aleksandr Qrişuk (FİDE) və özbəkistanlı Nodirbek Abdusatarov iştirak edir.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.