ŞAHMAT
-------------------------
Teymur Rəcəbov "Tata Steel Chess"də ikinci yeri tutub
Hindistanın Kəlküttə şəhərində azərbaycanlı şahmatçı Teymur Rəcəbov da daxil olmaqla 10 şahmatçının iştirak etdiyi və şahmatın rapid növü üzrə keçirilən "Tata Steel Chess" turniri bu gün baş tutan daha 3 turla başa çatıb. Qeyd edək ki, 3 gün davam edən və 9 turdan ibarət olan turnirin qalibi adını fransalı Maksim Vaşye-Laqrav qazanıb (7 xalla). Ondan 1,5 xal geri qalan azərbaycanlı qrossmeyster Teymur Rəcəbovsa (5,5 xal) ikinci yeri tutub. Qeyd edək ki, turnirdə Rəcəbov və Vaşye-Laqravla yanaşı, Dommaracu Qukeş, Eriqaysi Arcun, Rameşbabu Praqqnanandxa, Pentala Xarikrişna, Santoş Vidit (hamısı Hindistan), Vinsent Kaymer (Almaniya), Aleksandr Qrişuk (FİDE) və özbəkistanlı Nodirbek Abdusatarov iştirak edib.
Sabah isə adıçəkilən şahmatçılar turnirin iki günlük blits yarışına başlayacaqlar.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.