CÜDO
--------------------------
8 Azərbaycan cüdoçusunun Paris-2024-ə lisenziya qazanmaq şansı var
Beynəlxalq Cüdo Federasiyası (İJF) tatami ustalarının yeni reytinq cədvəlini elan edib. Yeni cədvələ əsasən demək olar ki, Azərbaycan yığmasının 8 üzvünün Paris-2024-ə lisenziya qazanmaq şansı var. Qeyd edək ki, reqlamentə əsasən həm kişilərin, həm də qadınların reytinq cədvəlində hər çəki dərəcəsində ilk 17 yeri tutan cüdoçu 2024-cü ildə Parisdə (Fransa) keçiriləcək Olimiada-2024-ə lisenziya qazanmış olacaq. Hazırki vəziyyətdə Azərbaycan yığmasının 8 üzvünün belə bir şansı var. Bunlardan isə 7-si kişi, 1-i isə qadın cüdoçudur. Kişilərdən bu şanslılar sırasınsa Səid Mollai (81 kq, 3083 xalla reytinq cədvəlində 3-cüdür. 60 kq-da güləşən Balabəy Ağayev (2688 xalla 4-cüdür), 100 kq-da Zəlim Kotsayev (3060 xalla 4-cüdür), 73 kq çəkidə Hidayət Heydərov (2398 xalla 6-cı), +100 kq-da Uşanqi Kokuari (2089 xalla 8-ci), 60 kq-da Turan Bayramov (1735 xalla 15-ci) və 90 kq çəki dərəcəsində güləşən Murad Fətiyev (1504 xalla 15-ci) yer alıb. Qadınlardan isə hələlik yalnız Gültac Məmmədəliyeva (52 kq) 1480 xalla reytinqdə 11-ci yerdə olmaqla bu şansı özündə saxlayır.
66kq-da isə həm yaşar Nəcəfovun (1588 xalla 21-ci), həm də Kamran Süleymanovun (1065 xal, 29-cu yer) ilk 17-liyə düşmək imkanı var.
Yəqin ki, Bakı Dəbilqəsindən sonra vəziyyət bir qədər dəyişəcək.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.