CÜDO
---------------
57 ölkə Bakıda keçiriləcək Böyük Dəbilqədə iştirakını təsdiqləyib
Sentyabrın 22-dən 24-dək paytaxt Bakıda kşi və qadınlar arasında cüdo üzrə Olimpiya lisenziyasına xal verən Böyük Dəbilqə turniri keçiriləcək. Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, artıq planetin 57 ölkəsi turnirdə iştirakını təsdiq edib. Bu isə təxminən 313 (176 kişi, 137 qadın) tatami ustasının Bakıda medallar uğrunda mübarizə aparacağı deməkdir. Kişilər 60, 66, 73, 81. 90, 100 və +100 kq-da, qadınlarsa 48, 52, 57, 63, 67, 70, 78 və +78 kq çəki dərəcəsində çıxış edəcəklər. Bir məqamı da qeyd edək ki, hələlik Azərbaycan yığmasının məşqçilər korpusu turnirə qatılacaq yığmanın heyətini açıqlamağa tələsmir. Məlum olan isə odur ki, artıq yığmanın veteranlarından Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq), Məmmədəli Mehtiyev (90 kq) və Elmar Qasımov (100 kq) idmançı karyeraını başa vurduğu üçün bu turnirə qatılmayacaq.
Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən bu turnir Milli Gimnastika Arenasında keçiriləcək.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.