ŞAHMAT
-------------------
Maqnus Karlsen Bakıda Dünya Kubokunun qalibi olub
Nicat Məmmədovsa Karuana səddini keçə bilmədiyindən 4-cü yeri tutub
İyulun 29-da paytaxt Bakıda 18-i azərbaycanlı olmaqla 309 (206 kişi, 103 qadın) şahmatçının iştirakı ilə startı verilən və mükafat fondu 2,5 milyon dollar (kişilər - 1.834.00, qadınlar - 676.250) təşkil edən Dünya Kubokuna kişilərin həlledici final və 3-cülük uğrunda keçirilən oyunlarla yekun vurulub. Turnirin qalibi adını isə FİDE-nin reytinq cədvəlinin şəriksiz lideri, eks-dünya çempionu Maqnus Karlsen (Norveç) qazanıb. O,finalda hindistanlı qrossmeyster Raməşbabu Praqnanandxanə məğlub edib - 2,5:1,5.
Turnirdə 3-cü yeri isə ABŞ təmsilçisi Fabianu Karuana tutub. Karuana üçüncülük uğrunda mübarizədə Azərbaycan şahmatçısı, yarımfinalda Karlsenə uduzan Nicat Məmmədovu məğlub edib. Xatırladaq ki, cütün ilk qarşılaşmasında Nicat qalib gəlmişdi. Nicata 3-cü yeri tutmaq üçün cavab matçında heç-heçə də bəs edirdi. Lakin, cavab matçında ABŞ təmsilçisi bərabərlik yaradaraq mübarizəni tay-brekə uzatmışdı. Burada isə üstünlük yenə də onun tərəfində olub - 1:3.
Qadınların analoji turnirində isə rusiyalı Aleksandra Qoryaçkina birinci, bolqarıstanlı Nurgül Salimova ikinci, Ukrayna tımsilçisi Anna Muzuçık isə üçüncü yeri tutub.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.