VOLEYBOL
----------------------
Odina Əliyeva: "Avropa çempionatında uğurlu nəticə əldə etmək istəyirik"
Bu gün qadın voleybol yığmamız öz tarixində sayca 10-cu dəfə qatıldığı Avropa çempionatnda ilk matçına çıxacaq. Oyundan qabaq keçirilən son məşqdən sonra yığmanın veteran hücumçusu Odina Əliyeva Azərbaycan Voleybol Federasiyasının rəsmi saytına aççıqlama verib və şempionatla bağlı açıqlama verib. Voleybolçu, bu arada öz istəkləırini də gizlətməyib. Onun açıqlamasını olduğu kimi təqdim edirik:
"Avropa çempionatının final mərhələsində zəif rəqib yoxdur. Aşkar favorit komandalar var, VNL-in qalibi Türkiyə kimi. Digər rəqiblərimizi mütləq məğlub etməliyik. Biz bunu bacara bilərik, komandamıza inanıram. Yaxşı hazırlıq prosesi keçmişik. Çox istərdim ki, uğurlu çıxış edək. Özümü ayrılıqda götürdükdə, mənim üçün bunun son Avropa çempionatı olduğunu nəzərə alsaq, istəyirəm ki, hər şeyin ən yaxşısını edək, yaxşı nəticə qazanaq.
İlk olaraq məqsədimiz qrupdan çıxmaqdır, sonra isə mümkün qədər irəli getməkdir. Əlbəttə ki, bütün zədələrə, ağrılara baxmayaraq çox çalışmışıq. Hər bir oyunçumuzun çox əməyi var və istəyirik ki, bu, əvəzsiz qalmasın. Bir idmançıya nə lazımdır, əməyinin, zəhmətinin qarşılığını görmək.
Bu, mənim üçün 6-cı və sonuncu Avropa çempionatıdır. Əlimdən gələni edəcəyəm ki, mənə etdikləri hər şey üçün Azərbaycana təşəkkür əlaməti olaraq daha yaxşı oynayım, qələbələr və uğurlu nəticələr qazanaq, Azərbaycanın bayrağını yüksəklərdə dalğalandıraq. Biz komada olaraq bütün bunları etməyə çalışacağıq".
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.