Tahir Süleymanov:
Boris Xetaqurov Azərbaycan futbolunun Xoşbəxt Yusifzadəsidir!
Azərbaycan futbolunun canlı əfsanəsi Boris Xetaqurov bu gün növbəti ilinin gəlişini qeyd edir. İnsanların sağlamlığını qoruyan, qeydinə qalan həkimimizə can sağlığı arzu edirəm...
Fotodakı körpə uşaq sizi yanıltmasın. Bu - mənəm... Və mən, o yaşda olanda, dəyərli hakimimiz banişevskilərin sağlamlığını qoruyurdu. Boris Xetaqurovun futbolumuzda hansı təcrübəyə malik olmasının əyani isbatıdır.
Böyüdük, zaman yetişdi, əvəzolunmaz doktorumuzla bir yerdə çalışdıq, "Neftçi" adına çempionluqlar, kuboklar, tarixi uğurlar qazanıldı. "Bürünc"dən Avropa qruplarına gedən yolun tək siması - Boris Xetaqurovdur!
Öz sahəsinin peşəkarı olmaqla yanaşı, sözün həqiqi mənasında əsl ziyalı, kübar/zadəgan, ətrafa müsbət aura saçan hörmətli həkimimiz Azərbaycan futbolunun canlı ensiklopediyasır!
"Neftçi" ilə yanaşı, uzun illər milli komandada, "Xəzər Lənkəran"da çalışıb, əməyini əsirgəməyib, ortaya qoyduğu səviyyəli işlə hər kəsin rəğbətini qazanıb. Harada olmasından asılı olmayaraq hər zaman sevilib...
Son illər isə... Bu gözəl gündə Azərbaycan futbolunun problemlərindən söz açmaq istəməsəm də, Boris Xetaqurova qarşı edilən haqsızlıqları hamılıqla bir yerdə qaldırmalıyıq.
Dəyərli həkimimizin vəzifəyə, pula, şan-şöhrətə ehtiyacı yoxdur, mənəvi diqqət/qiymətin olması mütləqdir!
Boris Xetaqurov Azərbaycan futbolunun Xoşbəxt Yusifzadəsidir! Onun təcrübəsindən bu gün də ölkə futbolu yararlanmalıdır, biliyi gələcək nəsillərə ötürülməlidir. Azərbaycan futbolunda belə insanlar çox azdır və onlara dəyər verilməlidir.
Yaxın keçmişdəkilərin futbolu, "Neftçi"ni dağıtmalarını, özünə olan hörmətsizliyi Boris Xetaqurov qəbul etmədi. Bu gün haqlı çıxan haqq sözünü deyənlərdir. Şəxsən SOCAR prezidenti, "Neftçi"nin yeni rəhbəri Rövşən Nəcəfə müraciət edirəm, bu haqsızlığa son qoyulsun!
Boris Xetaqurovun banişevskilərdən gələn ruhu "Neftçi"nin dirçəlməsinə də kömək edər. Belə şəxsiyyətlərə dəyər vermək hər birimizin mənəvi borcudur. Boris Xetaqurova edilən hörmətsizlik, Ələkbər Məmmədov, Əhməd Ələsgərov, Anatoli Banişevski kimi futbol dahilərinin ruhlarına edilən hörmətsizlik deməkdir!
İnanmaq istərdim ki, çox yaxın zamanda, bu haqsızlığa birdəfəlik son qoyulacaq! Boris Xetaqurova isə möhkəm iradə və inam diləyirəm. Siz Azərbaycan futbolunun canlı tarixisiniz və dəyərli, qədirbilən insanlar üçün dəyərsiniz!
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.