AĞIRLIQQALDIRMA
---------------------------
Dadaş Dadaşbəyli II MDB Oyunlarının qızıl medalçısı olub
Belarusun paytaxtı Minsk və digər şəhərlərdə keçirilən və Azərbaycan idmançılarının da qatıldığı II MDB Oyunları davam edir. Bu gün Oyunlarda daha bir idmançışız fərqlənib. Söhbət ağır atletika üzrə yarışlarda ölkəmizi təmsil edən Dadaş Dadaşbəylidən (109 kq) gedir. Azərbaycan Ağır Atletika Federasiyasından verilən məlumata görə, atletimiz möhtəşəm çıxış edib. O, Qrodno şəhərindəki Buz İdman Sarayının yarış zalında 150-dən çox idmançı medallar uğrunda mübarizə apardığı yarışda birdən qaldırma hərəkətində 177 kq, təkanla qaldırmada isə 216 kq ağırlığı ram edib. İki hərəkətin cəmində isə o, 393 kq (177+216) nəticə ilə bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Onunla eyni gündə və eyni çəkidə körpücük üzərinə çıxan digər təmsilçimiz Əli Şükürlü isə toplam 300 kq (130+170) nəticə ilə yekun sıralamada 5-ci yeri tutub.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.