ŞAHMAT
---------------------
Yalnız Nicat Abbasov DK-da mübarizəni davam etdirir
Teymur Rəcəbovla Rauf Məmmədov da Dunya Kubvokuyla vidalaşıb
Bakıda təşkil edilən və iddiaçılar turnirinə seçmə xarakteri daşıyan şahmat üzrə Dünya Kuboku davam edir. 309 (206 kişi, 103 qadın ) şahmatçının mübarizəyə qatıldığı və müekafat fondu 2,5 (kişilər 1.834.00, qadınlarsa 675.250) dollar təşkil edən turnirdə tay-brek oyunlarla kişilərdə 1\32, qadınlarda isə 1\16 final mərhələyə yekun vurulub. Qeyd edək ki, turnirə 5-i qadın olmaqla 18 şahmatçı ilə qatılan və yarışlara ev sahibliyi edən Azərbaycan bu mərhələdə 1 qadın və 5 kişi şahmatçı ilə qatılmışdı. Onlardan 3-ü (Ülviyyə Fətəliyeva, Qədir Hüseynov və Abdulla qədimbəyli) bu mərhələnin reqlamentə uyğun olaraq keçirilən ilk iki oyundan sonra turnirlə vidalaşmışdı. Qalan 3 təmsilçimiz - Teymur Rəcəbov, Nicat Abbasov və Rauf Məmmədov isə mübarizəni tay-brekdə davam etdirmişdi. Təəssüflər olsun ki, bu triomuzdan da yalnız biri Nicat Abbasov hollandiyalı Aniş Qirini məğlub edərək növbəti mərhələyə (1\16 finala) adlamağı bacarıb - 2,5:3,5 (1:0, 0:1, 0,5:0,5, 0,5:0,5, 0,5:0,5, 0:1). Artıq onun 1\16 finalda kiminlə qarşılaşacaqğı da bəllidir. O, növbəti mərhələdə Petr Svidlerlə (Rusiya) qarşılaşacaq.
Xatırladaq ki, Teymur Rəcəbov tay-brekdə ispaniyalı Xayme Santosla (0,5:1,5), Ruf Məmmədovsa FİDE təmsilçisi Yan Nepomniyaşiylə bacarmayıb - 0,5:1,5 (0:1, 0,5:0,5).
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.