ŞAHMAT
----------------------------
Şahmatçıların Bakıda keçirilən Dünya Kuboku davam edir
Altı həmyerlimizdən üçü tay-brekdə mübarizəni davam etdirəcək, digər üçü isə ....
Bakıda şahmat üzrə keçirilən və 309 (206 kişi, 103 qadın) şahmatçının qatıldığı Dünya Kuboku davam edir. Mükafat fondu 2.5 milyon (kişilər - 1.834.000 dollar, qadınlar - 676.250 dollar) dollar təşkil edən DK-da bu gün 3-cü mərhələ (kişilərdə 1\32 final, qadınlarda 1\16 final) çərçivəsində cavab oyunlar (2-ci görüşlər) keçirilib. Qeyd edək ki, bu mərhələdə biri qadın olmaqla Azərbaycanın 6 şahmatçısı mübarizə aparıb. Təəssüflər olsun ki, 6 təmsilçimizdən 3-ü - Qədir Hüseynov, Abdulla Qədimbəyli və Ülviyyə Fətəliyeva iki oyunun ümumi nəticəsinə görə mübarizəni dayandırıb. Onlardan fərqli olaraq. Teymur Rəcəbov, Rauf Məmmədov v\ə Nicat Abbasovdan ibarət triomuz isə növbəti mərhələyə keçmək üçün sabah tay-brekdə mübarizəni davam etdirəcək. Triomuzun iştirakı ilə aşağıdakı tay-brek oyunları keçirilcəck:
Dünya Kuboku. Kişilər. 1/32 final. Tay-brek oyunları:
Xayme Santos (İspaniya) – Теymur Rəcəbov (ümumi hesab – 1:1)
Nicat Abbasov – Аniş Qiri (Hollandiya) (ümumi hesab1:1)
Yan Nepomniyaşiy (FİDE) – Rauf Məmmədov (ümumi hesab1:1).
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.