ŞAHMAT
--------------------
Bakıda şahmatçıların Dünya Kubokunun 2-ci mərhələsi başlayır
Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov və Günay Məmmədzadə də yarışa qatılıb
İyulun 29-da paytaxt Bakıda 309 (206 kişi, 103 qadın) şahmatçının iştirakı iləa start götürən və iddiaçılar turnirinə seçmə xarakteri daşıyan Dünya Kubokunda bu gün 2-ci mərhələyə (kişilərdə 1\64, qadınlarda 1\32 final) ilk oyunlarla start veriləcək. Əvvəlcədən xəbər verdiyimiz kimi, ikinci mərhələdən etibarən Azərbaycan şahmatının liderləri - Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov və Günay Məmmədzadə də mübarizyə qatılıb. Beləliklə, DK-ya ev sahibliyi edən Azərbaycan ikinci mərhələdə 15 şahmatçı ilə təmsil olunacaq. Onlardan 12-si birinci mərhələni uğurla keçənlərdir.
Azərbaycan təmsilçilərinin iştirakı ilə bu gün aşağıdakı qarşılaşmalar olacaq:
Kişilər: 1\64 final:
Şəhriyar Məmmədyarov - Тin Jinqao (Sinqapur)
Teymur Rəcəbov - Viktor Erdoş (Macarıstan)
Nicat Abbasov - Loran Fressine (Fransa)
Yan Nepomniyaşiy (FİDE) - Vüqar Əsədli
Domaracu Qukeş (Hindistan) - Misrətdin İsgəndərov
Andrey Esipenko (FİDE) - Eltac Səfərli
Aydın Süleymanlı - Parxam Maqsudlu (İran)
Aleksandr Predke (Serbiya) - Rauf Məmmədov
Yonas Byerre (Danimarka) - Qədir Hüseynov
Cavid Quijarro (İspaniya) - Abdulla Qədimbəyli
Jyul Mussar (Fransa) - Vasif Durarbəyli
Qadınlar: 1\32 final
Alina Bivol (Ukrayna) - Günay Məmmədzadə
Ülviyyə Fətəliyeva - Monika Soçko (Polşa)
Gövhər Beydullayeva - Polina Şuvalova (FİDE)
Nino Batsiaşvili (Gürcüstan) - Gülnar Məmmədova
Qeyd: Ümumi mükafat fondu 2,5 milyon dollar (kişilər 1.834.000, qadınlar isə 676.250 dollare) təşkil edən turnirdə hər mərhələ 3 gün davam edir. Rəqiblər ilk iki gündə bir dəfə ağ, bir dəfə isə qara fiqurla oynayırlar. Bu iki oyunda qalib aşkar edilmədikdə rəqiblər 3-cü gün tay-brekdə mübarizəni davam etdirirlər.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.