Müsahibə:
Özünə güvənən 15 yaşlı Avropa çempionu Hüseyn Heydərov: "Avropa çempionatına gedən zaman mən özümə çox güvənirdim"
İyul ayının ilk on günlüyündə Moldovanın paytaxtı Kşinyov şəhərində 15 və 17 yaşlı oğlan və qızlar arasında ağır atletika üzrə Avropa birinciliyi keçirilib. Birincilikdə iştirak edən Azərbaycan atletlərindən 15 yaşlı Hüseyn Heydərəv 81 kq çəki dərəcəsində uğurla çıxış edərək 3 qızıl medal qazanıb və həmyaşıdları arasında Avropanın ən güclüsü seçilib. 15 yaşlı çempionumuz redaksiyamızın qonağı olararaq, idmana gəlişindən və bu gün qalxdığı zirvəyədək keçdiyi yoldan danışıb. Bu idman növü ilə məşğul olmağa başladığı qısa bir müddətdə iki dəfə Azərbaycan (14 və 15 yaşda) çempionu olan Hüseyn bu uğurunu Avropanın birincisi olmaqla tamamlayıb.
2008-ci ildə Lənkəran şəhərində doğulan və Digah tam orta məktəbin 9-cu sinfini bitirən Hüseyn Heydərovla söhbəti təqdim edirik:
- Hüseyn, uşaqlar idman seçimi edərkən adətən ya futbola, ya da ki, əlbəyaxa döyüş növlərinə üstünlük verirlər. Bəs sən necə oldu ki, sözün əsl mənasında idmanın bu ağır növünü seçdin?
- Məndə idmana maraq hələ orta məktəbin birinci sinifinə gedəndə yaranmışdı. Onda mən ilk olaraq idmanın güləş növü ilə məşğul olmağa başladım. Demək olar ki, 5-6 il güləşlə məşqul oldum. Amma, açığı deyim ki, bu növdə heç nə edə bilmədim. Emin müəllim var idi. Şəhid oldu. Allah ona rəhmət eləsin. O məndə ağır atletika idmanına maraq yaratdı və özü də məni bu idmana gətirdi.
- Bu idman növü ilə neçə ildir məşğul olursan?
- 2018-ci ildə bu idman növünə keçdim. Biraz məşğul olandan sonra məndə həqiqətən də ağır atletikaya böyük maraq və həvəs yarandı. Ətrafımda olanlar da məni bu idmana həvəsləndirdilər. Nəticədə də mən ağır atletika ilə ciddi məşğul olmaqa bvaşladım. Tutduğum bu yolu davam etdirdim. Hər dəfə idman kanallarında ağır atletika yarışlarını və eləcə də atletlərin uğurlu çıxışını görəndə bu idmana olan marağım daha da artırdı.
- Hüseyn, uşaqlar ya bir idman növünə, ya da hansısa bir sahəyə maraq göstərən zaman valideynlər ilk olaraq uşağn dərsə, məktəbə münasibətinin dəyişəcəyindən ehtiyat edir və narahat olurlar. Bu baxımdan sənin idmanla məşğul olmağın dərslərinə mane olmurdu ki?
- Demək olar ki, idman mənim dərslərimə mane olmayıb. Çünki mən vaxtımı düzgün bölüşdürmüşdüm. Günün birinci yarısı məktəbə, ikinci yarısında isə idmana gedirdim. Hətta arada istirahət etməyə vaxtım da olurdu.
- Ümumiyyətlə, sən idmana gedəndə (güləşə), sonra da idman növünü dəyişəndə valideyinlərin sənin bu hərəkətini hansısa bir etirazla qarşılamadılar?
- Düzu, valideynlərim heç güləşə gedəndə də etiraz etməmişdilər. Sonradan güləşi ağır atletika ilə dəyişəndə isə əksinə, sanki özləri də buna razı idilər. Onlar mənə ancaq xeyir-dua verdilər və bu növün mənim üçün daha yaxşı olacağnı bildirdilər. Mənə dostlarım da ağır atletikada uğur qazanacağımı deyirdilər. Bütün bunlar hamısı məni daha da həvəsləndirirdi.
- Sən bu növlə 2018-ci idən məşğul olduğunu deyirsən. Bu heç də çox uzun müddət deyil. Deməli cəmi 5 il müddətində sən belə bir tarixi uğura imza atdın. Qısa zaman çərçivəsində belə bir uğur qazanacağına sən özün də inanırdınmı?
- Bu 5 ildə demək olar ki, mən bütün gücümlə, bacarığımla məşğul olurdum. Hər gün etdiyim məşqlərdən sonra məndə uğur qazanmaq inamı daha da artırdı. Mənə valideynlərim də, məşqçilərim də çox inanırdılar. İnandıqları üçün də hamısı uğur qazanacağımı deyirdi.
- Hüseyn, iştirak etdiyin ilk rəsmi yarışı və qazandığın ilk uğuru necə xatırlayırsan?
- Özümü tərifləmək olmasın. Amma deyəcəm. Ağır atletika ilə məşğul olduğum cəmi 5 ay olardı. Məni zona yarışına apardılar və orada qalib oldum. Bu mənim ilk yadda qalan uğurum oldu.
- Bəs bundan sonra qazandığın uğurları xatırlamırsan ki?
- Yox. Heç birini unutmamışam. İndiyədək yeniyetmələr arasında 5 dəfə zona yarışlarının, iki dəfə isə Azərbaycan birinciliyinin qalibi olmuşam.
- Deməli, Moldovada Avropa çempionu olmaq sənin üçün ilk rəsmi beynəlxalq yarış, həm də ilk ən böyük uğurun oldu?
- Bəli. Bu mənim karyeramda ilk beynəlxalq yarışım idi. Allaha şükürlər olsun ki, burda da çempion adını qazana bildim.
- Sənə bu uğrların qazanmasında əməyi və köməyi olan məşqçi kimdir? Əvvəldən bir məşqçi ilə işləmisən, yoxsa sonradan məşqçini dəyişmisən?
- Mən 5 ildir ki, məşqçi Toğrul Məmmədlinin rəhbərliyi altında məşğul oluram. O, mənim həm hazırki, həm də ilk şəxsi məşqçimdir. Mən ölkə yığmasının düşərgəsinə dəvət olunduğum zaman isə məşqlərimi Kamran İsmayılovla Oqtay Muxtarovun rəhbərliyi altında davam etdirirəm.
- Daxili yarışlarda hansı klubu təmsil edirsən?
- Mən əvvəldən Elm və Təhsil nazirliyinin nəzdində fəaliyyət göstərərn "Təhsil" İdman Mərəzini təmsil edirəm. Çünki bu klubun yetirməsiyəm. İlk gəldiyim gündən "Təhsil"in üzvü olmuşam. Qazandığm nailiyyətlər də bu klubla bağlıdır. - Ölkə daxilində uğurlarını sıralayandan sonra, Moldovada 15 yaşlılar arasında keçirilən Avropa birinciliyində də uğurla çıxış edərək qitənən ən güclüsü oldun. Bir sözlə Qəhrəmana çevrildin.Yarışa getməzdən öncə belə bir nəticə əldə edəcəyinə inanırdınmı?
- Bəli. Mən yarışda uğur qazanacağıma inanırdım. Çünki yarışıa çox yüksək səviyyədə hazırlaşmışdım. Ona görə də özümə güvənirdim. Mənim yarışda nəticə göstərəcəyimə məşqçilərim də inanırdılar.
- Hüseyn, sən həm birdən, həm də təkanla qaldırmada bütün rəqiblərini geridə qoyaraq əvvəlcə kiçik qızıl medallar qazandın. Sonra isə toplam yenə də birinci yeri tutdun. Maraqlıdır bu nəticələri ilk yanaşmalarda əldə etdin, yoxsa ikinci və üçüncü cəhdlərində?
- Birdən qaldirmada demək olar ki, əvvəldən yaxşı başladım və hər dəfə də çəkini artırdım. Axırda da 1 kq rekord elədim. Təkanla qaldırmada isə yaxşı başlasam da sona qədər davam edə bilmədim. Bununla belə, yenə də bütün rəqiblərimdən öndə oldum.
- Avropa çempionatında sənin əsas rəqiblərin kimlər idi. Sən nəticə etibarı ilə onları neçə kq geridə qoya bildin?
- Çempionatda mənimlə rəqabət aparan əsasən Gürcüstan və Polşadan olan atletlər idi. Ən əsas da gürcü idmançı. Şükürlər olsun ki, onu da geridə qoya bildim. Birdən qaldırmada onu 4 kq, təkanla qaldırmada isə 1 kq qabaqladım. Toplamda isə bu fərq 5 kq-ya çatdı.
- Belə bir ciddi yarışda hər dəfə körpücüyə çıxanda hansı həyacanları keçirirdin?
- Düzdü, bu mənim karyeramda ilk beynəlxalq sınağım idi. Lakin buna baxmayaraq. çox da həıyəcan keçirmədim. Əsas səbəb də özümə güvənməyim oldu.
- Yeri gəlmişən, bəs Azərbaycanda yaşıdların arasında və sənin çəkində kimisə özünə güclü rəqib görürsənmi?
- Hələki iştirak etdiyim daxili yarışlarda mənimlə rəqabət apara biləcək birini görməmişəm.
- Hələ yeniyetmə idmançısan. Gələcəkdə isə bu idmanın daha böyük çətinlikləri ilə üzləşəcəksən. Bu çətinliklər səni qorxutmur ki?
- Bəli, idmançı karyeram indi başlayır. Qarşıda hansı çətinliklərin olacağını da gözaltına almışam. İnşallah. Ümid edirəm ki, gələcəkdə də hər şey yaxşı olar. Qarşıma qoyduğum məqsədlərə nail olacam. Məqsədim gələcəkdə, həm gənclər, həm də böyüklər arasında uğur qazanmaq, tarix yazmaqdır. Bunun üçünsə, yorulmadan öz üzərimdə işləməliyəm.
- İdman aləmində belə bir deyim var. Titulu qazanmaq asandır, onu qoruyub saxlamaq isə çətindir. Bəs sən necə? 15 yaşında qazandığın titulu 16 yaşında da qazana biləcəkmisənmi?
- Mən prinsipallığı sevirəm. Hazırda olanla heç də kifayətlənmirəm. Hesab edirəm ki, bu il yaşadığım çempionluq sevincini gələn il də yaşaya biləcəm.
- 15 yaşnda beynəlxalq aləmdə sözünü demək, Avropanın ən güclüsü olmaq böyük nailiyyətdir. Sən bu qazandıqların üçün əsas kimlərə borclusan?
- Əlbəttə ki, mənim bu uğurlarımda əməyi olanlar var. İlk növbədə mən şəxsi məqçim Toğrul Məmmədliyə, eləcə də məşqçilər Məmməd Məmmədliyə, Oktay Muxtarova və Kamran İsmayılova təşəkkür etmək istəyirəm. Mənim uğur qazanmağımda həqiqətən də onların böyük zəhmətləri olub. Onların çəkdiyi əziyyətin sayəsində bu yerə gələ bilmişəm.
-Bu qədər gərgin həyat rejimində dostlarla görüşməyə vaxt tapa bilirsənmi? Onlarla görüşündə yenə də idmandan söhbət düşür, yoxsa ...?
- Bəli, dostlarla gpüşməyə vaxt tapıram. Söhbət zaman həm idmandan, mənim çıxışlarımdan və eləc də idmandan kənar mövzularda danışırıq.
- Hüseyn, sən haçansa güləş idman növünü ağır atletika ilə dəyişdin. Ola bilrəmi ki, nə vaxtsa və hansısa səbəbdən bu növü də başqası ilə dəyişəsən?
- Düşünürəm ki, bu ola bilməz. Manim idmançı karyeram hələ idni başlayır. Özü də bu növdə. Ona görə də bu növü dəyişmək yox, bu növdə daha çox uğurlar qazanmaq haqda düşünürəm.
- Bu il qarşıda səni daha hansı beynəlxalq yarışlar gözləyir?
- Artıq beynəlxalq yarışlarım yoxdu. Yəqin ki, Allah qoysa gələn il yenidən beynəlxalq yarışlara qatılacam.
- Azərbaycan atletləri üçün hər zaman kabusa dönən dopinq adlı bir təhlükə olub. Bəzən isə onların qazandıqları nailiyyətlər də bu səbəbdən ləğv edilib. Sən bu təhlükədən özünü necə qoruyursan? Belə bir kabusla üzləşmək təhlükəsi yoxdur ki?
- Dopinqə düşməmək üçün müəyyən qaydalar var ki, mütləq onlara əməl edilməlidir. Bununla isə bizdə əsasən məşqçilər məşğul olurlar. Bizi daim nəzarətdə saxlayırlar. İnşallah ki, məşqçilərimin sayəsində belə bir kabusla üzləşmərəm.
- İstər maşqlər, istərsə də yarış zamanı hansısa bir çətinliklə, problemlə üzləşmirsən ki?
- Demək olar ki, yox. Bizim üçün həm təlim-məşq toplanışları, həm də yarışlar ərəfəsində yüksək səviyyədə gözəl şərait yaradılır. Hər zaman üzərimizdə dövlət qayğısını hiss edirik. Bizim də yegənə məqsədimiz bizə göstərilən bu etimadı doğrultmaq olur.
- Hüseyn, son olaraq. həmyaşıdlarına nə demək istərdin?
- Yaşıdlarıma onu deyərdim ki, asudə vaxtlarını səmərəli keçirsinlər. Cəmiyyət üçün, insanlar üçün, Vətən üçün xeyirli işlərələ məşğul olsunlar.
Söhbətləşdi: İntiqam Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.