BASKETBOL
-----------------------
"Neftçi" DQS-nın 12-ci mərhələsinin 1\4 finalında
Dünən Fransanın Bordo şəhərində 3X3 basketbolu üzrə Dünya Qadın Seriyasının 12-ci mərhələsinə start verilib. Azərbaycanın "Neftçi" klubunun da qatıldığı turnirin ilk günündə qrup oyunları başa çatıb. Qeyd edək ki, heyəti Erika Karter, Brianna Freyzer, Aleksandra Mollenxauer və Dina Ulyanovadan ibarət olan "Nefçi" yer aldığı C qrupunda Fransa millisinə 12:16 hesabla uduzsa da, ikinci oyunda Polşa yığmasını 14:13 hesabı ilə məğlub edərək qrup ikinciliyini özünə təmin etməklə mübarizəni 1\4 finaldan (pley-off) davam etdirmək hüququ qazanıb. Qeyd edək ki, .Polşa millisi yığmamızdan öncə isə Fransaya məğlub (12:11) olduğu üçün "Neftçi" öz qrupunda ikinci olub. Reqlamentə görə isə qruplarda ilk iki yeri tutan komandalar pley-offa keçir.
Xatırladaq ki, 12-ci mərhələdə yuxarıda adları çəkilən komandalarla yanaşı, Türkiyə, Avstriya, Latviya, Kanada, Macarıstan. Çin, ABŞ, İspaniya millisi və eləcə də "Fransa-24", "Dyor" (Macarıstan) və Almaniyanın "Dyusseldorf" iştirak edir.
Geridə qalan 11 mərhələ yarışından sonra Şuşa və İzrail mərhələsinin qalibi olmuş "Neftçi" klubu 403 xalla yarış cədvəlində 3-cü, Azərbaycan yığması isə 122 xalla 19-cudur.
Bu gün yarışa yekun vurulacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.