BOKS
-------------------
Yeniyetmə boksçularımız Avropa birinciliyinə yollanıblar
İyulun 22-də Rumıniyanın Ployeşti şəhərində yeniyetmə oğlan və qızlar arasında Avropa birinciliyinə start veriləcək. 9 gün davam edəcək bu yarışda Azərbaycan 6-sı qız olmaqla 19 boksçu ilə təmsil olunacaq. Baş məşqçisi Vaqif Kazımov olan oğlanlardan ibarət komandının heyətində , məşqçilər Ağasi Məmmədovla Teymur Məmmədovun rəhbərliyi altında bu gün Rumıniyaya uçan oğlanlardan ibarət komandının heyətində Bilalhəbəşi Nəzərov (46 kq), Zidan Hümbətov (48 kq), Sübhan Babayev (50 kq), Eldar Abdullazadə (52 kq), Elbrus Kərimli (54 kq), Orucəli Cavadzadə (57 kq), İbrahim Mirhəsən (60 kq), Kənan Aslanlı (63 kq), Abbasqulu Şadlinski (66 kq), Əli Məmişov (70 kq), Mircəlal Mirağayev (75 kq), Hüseyn Hüseynli (80 kq) və İlkin Məmmədli (+80 kq) yer alıb.
Baş məşqçi Yadigar Məmmədov və məşqçi Rafiq İsmayılovun rəhbərlik etdiyi qızlardan ibarət yıçmanın heyətinə isə Banuçiçək Nəsirli (46 kq), Cəmilə Sultanlı (48 kq), İnci Məcidli (50 kq), Mələk Hümbətova (57 kq), Özləm Həsənova (63 kq) və İlkanə Əhmədovaya (+80 kq) cəmləşib. İyulun 21-də çempionatın püşkatma mərasimi keçiriləcək və bununla da boksçularımızın ilk rəqibləri bəlli olacaq.
Daha bir həmyerlimiz - Anar Nağdıyevsə ölkəmizi ədalət qoruyucuları arasında təmsil edəcək. Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, bu gün Rumıniyaya yollanan komandamız iyulun 31-də vətənə dönəcək.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.