VOLEYBOL
------------------------------
Avrokuboka qatılacaq voleybol klublarımızın rəqibləri müəyyənləşib
Bu gün ÇEV-in (Avropa Voleybol Konfederasiyası) Lüksemburqdakı ofisində 2023\24-cü illərdə kişi və qadın voleybol klubları arasında keçirilməsi nəzərdə tutulan Avrokubok (Çempionlar Liqası, "CEV kuboku" və "Challenge Cup") yarışlarının püşkatma mərasimi baş tutub. Bununla da ölkəmizi Avrokubokda təmsil edəcək klubların rəqibləri bəlli olub. Qeyd edək ki, Azərbaycan Avrokubk yarışlarında bir qadın və eyni sayda kişi klubu ilə təmsil olunacaq. Hər iki klubumuz Avrokubokların "Challenge Cup"unda mübarizə aparacaq. Hər iki klubumuz mübarizəyə 1\32 finaldan qatılacaq.
Ölkəmizi qadınlar arasında "Challenge Cup"da Azərbaycan çempionu "Azərreyl" təmsil edəcək ki, o da bu mərhələdə Ukrayna çempionatında 5-ci olmuş "SC Balta" klubu ilə qarşılaşacaq. İlk oyun 10-12 oktyabr, cavab görüşü isə 17-19 oktyabr tarixlərində keçiriləcək.
Avrokuboklarda debüt edəcək kişilərdən ibarət "Xarı bülbül" (Şuşa) klubunun rəqibi isə Slovakiyanın “TJ Spartak Myjava" klubu olub. Şuşa təmsilçisi də mübarizəyə 1/32 finaldan qatılacaq. Komandaların birinci oyunu 24-26 oktyabr, cavab görüşü isə 31 oktyabr-2 noyabr tarixlərində keçiriləcək. Yeri gəlmişkən, Azərbaycan çempionatında "Murov"dan sonra ikinci olan "Xarı-bülbül"ün rəqibi isə Slovakiya çempionatının üçüncüsüdür.
Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, püşkatma mərasimində ölkəmizi "Xarı bülbül" (Şuşa) komandasının prezidenti Nuran Hüseynov, klubun təsisçi-direktoru və komandanın kapitanı İlqar İmamquliyev təmsil ediblər.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.