Basketbol
--------------------------
Oğlanlardan ibarət U-16 basketbol yığmamız AÇ-ya məğlubiyyətlə başlayıb
Bu gün Kosovonun Priştine şəhərində 16 yaşlı (U-16) oğlan basketbolçular arasında Avropa çempionatının C divizionunda oyunlara start verilib. Sözügedən yarışa qatılan Azərbaycan yığması ilk matçını Kiprə qarşı keçirib. Təəssüflər olsun ki, baş məşqçi Tahir Baxşıyevin rəhbərliyi altında meydana çıxan yığmamız 16 xal fərqiylə məğlub olub - 58:42 (21:14, 25:12, 7:16, 12:9). Turnirin B qrupunda yer alan yığmamızı qarşıda daha 3 oyun gözləyir. İyulun 21-də Ermənistan komandası ilə qarşılaşacaq komandamız ardından Albaniya (23 iyul) və San-Marino (24 iyl) ilə üzləşəcək.
Xatırladaq ki, ötən həftə isə 20 yaşlı oğlanlar arasında analoji yarış keçirildi. Baş məşqçisi Anar Sarıyev olan U-20 yığmamız həm qrup, həm də pley-off oyunlarının hamısında uduzaraq 20 komanda arasında sonuncu oldu. Belə davam etsə, U-16-mız da eyni aqibəti yaşayacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.