FUTBOL
--------------------
Tomas Tuxel indi də Orelyen Tçuameni "Bavariya"ya gətirmək istəyir
Ötən mövsümü Almaniya Bundesliqasının qalibi olaraq başa vuran "Bavariya" klubunun baş məşqçisi Tomas Tuxel komandanın orta xəttini gücləndirmək niyyətindədir. Bunun üçünsə o, hazırda Madrid "Real"ında forma geyinən fransalı futbolçu Orelyen Tçuamenini münhen klubunun heyətinə qatmaq istəyir. "Sport 1"in yaydığı məlumata görə, Tuxel bu yay niyyətini həyata keçirəcəyinə əmindir. Artıq ilk olaraq futbolçu özü ""Bavariya" ilə əlaqə yaradıb. Futbolçunun özünün və ətrafının dediyinə görə onun "Bavariya"ya keçidi heç də çətin olmayacaq. Keçidi asanlaşdıran bir neçə səbəb də ortadadır. Birincisi Cud Bellinqin "Real"a keçəndən sonra Orelyenin Madrid klubunda daim əsas heyətdə yer alacağı sual altındadır. Fransalı futbolçu isə Fransa yığmasının heyətində Avro-2024-ə qatılmaq istəyir. Bundan ötəri isə onun oyun təcrübəsi yetərincə olmalıdır. O, bu təcrübəyə isə "Bavariya"da yiyələnə bilər.Keçidi asanlaşdıran daha bir cəhət isə "Bavariya" rəhbərliyi ilə "Real"ın prezidenti Florentino Peres arasında yaxın əlaqələrin olmasıdır.
Tuxel bu futbolçu hələ özü "Çelsi"də işlədiyi zamandan bəyənib. Onu da qeyd edək ki, "Real" bir il öncə bu futbolçunu almaq üçün "Monako" (Fransa) klubuna 80 milyon avro ödəyib.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.