CÜDO
-----------------------
Kişilər arasında ACF turunun ikinci yarışı keçiriləcək
Sabah Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə kişilər arasında qurumun turunun ikinci turniri keçiriləcək. Birgünlük yarışda 50 klub, cəmiyyət və idman təşkilatından olan 200-dən çox tatami ustası medallar uğrunda mübarizə aparacaq. Yarış Fövqəladə Hallar Nazirliyinin (FHN) Hövsan qəsəbəsində yerləşən İdman Sağlamlıq Mərkəzində keçiriləcək. Cüdoçular 7 çəki dərəcəsində qalibləri müəyyənləşdirəcəklər.
ACF-dən verilən məlumata görə, cari mövsümdə üç belə turnirin keçirilməsi planlaşdırılır və bu yarışlar nəticəsində formalaşacaq reytinq siyahısında ilk yeri tutan idmançı 22-24 sentyabrda keçiriləcək Bakı Böyük Dəbilqə turnirinə vəsiqə qazanacaq.
Yarışın məqsədi kişi cüdoçular arasında rəqabət səviyyəsinin, onların ustalığının yüksəldilməsi və yarış təcrübələrinin artırılmasına nail olmaqdır. Eyni zamanda, istedadlı idmançıların aşkarlanması və milli yığma komandaya cəlb olunmasıdır.
Yarışları izləmək üçün arenaya giriş sərbəstdir.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.