TENNİS
--------------------
20 yaşlı Karlos Alkaras "Uimbldon"unun yeni və gənc qalibidir
"Uimbldon"un finalında gənclik təcrübəyə qalib gəlib
Böyük Britaniyanın paytaxtı Londondakı Mərkəzi Kortda tennis üzrə keçirilən və Böyük Dəbilqə seriyasından olan "Uimbldon" turnirinə final oyunu ilə yekun vurulub. Mükafat fondu 44.700.000 funt strlinq təşkil edən turnirin həlledici finalında 20 yaşlı tennisçi, hazırda dünyanın bir nömrəli raketka ustası sayılan Karlos Alkarasla (İspaniya) yetərincə təcrübəyə malik olan Böyük Dəbilqənin 23 qat çempionu və eləcə də dünya reytinqində ikinci yeri tutan serbiyalı Novak Cokoviç qarşılaşıb. Qarşılaşma gözlənilməz nəticə ilə bitib. Daha təcrübəli Novakın qalib gələcəyi gözlənilən bu oyunda gənc tennisçi, indiyədək karyerasında cəmi bir dəfə Böyük Dəbilqəni udan Karlos qalib gəlib - 1:6, 7:6(6), 6:1, 3:6, 6:4. Bununla da tərəflər arasındakı qələbə balansı da pozulub - 2:1.
Qeyd edək ki, bu qələbə sayəsində Böyük Dəbilqə sayını 2-yə çatdıran Alkaras həm də 3 milyon dollar mükafat qazanıb. "Uimbldon"u dalbadal 4 dəfə qazandıqdan sonra 5-ci dəfə qazanmaq şansını qaçıran Cokoviç isə ikinci yerin sahibi kimi 1,5 milyon dollar əldə edib. Gəncliyin təcrübə üzərində qalib gəldiyi bu final, həm də Cokoviçin idmançıya yaraşmayan hərəkət nümayiş etdirməsi ilə diqqət çəkib. Belə ki, oyun ərəfəsində hakimlərin bəzi qərarlarına etirazını bildirən Cokoviş finalın həlledici anında isə öz raketkasını yerə çırparaq sındırıb. Beləı hərəkətinə görə, serbiyalı raketka ustası 8 min dollar cərimə edilib. Bu qələbədən sonra Alkaras ATR-nın (Peşəkar Tenniscilər Assosiasiyası) reytinq cədvəlində liderliyini daha da məhkəmləndirib. Cokoviç isə ikinci pillədəki mövqeyində qalıb. Ümumiyyətlə, "Uimbldon"dan sonra ATR-nın reytinq cədvəlində ilk onluq dəyişməz qalıb.
Bir məqamı da qeyd edək ki, həmin finaldan sonra dünya futbolunun ən yaxşısı hesab edilən Lionel Messi Alkarası qalib kimi təbrik edib.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.