VOLEYBOL
-------------------------------
Qadın voleybol yığmamız AÇ-ya hazırlığı Bosniya və Hersoqovinada davam etdirəcək
Baş məşqçisi türkiyəli mütəxəssis Ataman Güneyligil olan qadın voleybol yığmamızı qarşıda 10-cu dəfə qatılacağı Avropa çempionatı gözləyir. Komandamız çempionatda yaxşı çıxış etmək məqsədi ilə təlim-məşq toplanışını (TMQ) davam etdirir. Dünən Bakı toplanışını başa vuran yığmamız bundan sonrakı hazırlıq prosesini xaricdə davam etdirəcək. Elə bu məqsədlə də komandamız bu gün türkiyəli məşqçinin rəhbərliyi altında Bosniya və Hersoqovinya yollanıb. Yığmamız Zenitsa şəhərində bir həftəlik təlim-məşq toplanışı keçəcək.
Buradakı hazırlıqlar çərçivəsində Bosniya və Herseqovina yığması ilə bir neçə yoldaşlıq görüşü də nəzərdə tutulub.
İyulun 24-də isə millimiz Bakıya qayıdacaq və hazırlığı paytaxtda davam etdirəcək.
Xatırladaq ki, Avro-2023 avqustun 15-dən sentyabrın 2-dək Belçika, Almaniya, İtaliya və Estoniyada keçiriləcək. C qrupunda Çexiya (18 avqust), Almaniya (19 avqust), Türkiyə (20 avqust), Yunanıstan (22 avqust) və İsveçlə (23 avqust) birlikdə yer alan Azərbaycanın qrup oyunları Düsseldorfda (Almaniya) keçiriləcək.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.