TENNIS.UIMBLDON. FİNAL
--------------------------
Marketa Vondrouşova "Uimbldon"un qalibi olub
Dünyanın 42 nömrəli qadın raketka ustası finalda planetin 6 nömrəlisini üstələyib
Böyük Britaniyanın paytaxtı Londondakı Mərkəzi Kortda keçirilən və Böyük Dəbilqə seriyasından olan "Uimbldon" turnirində qadınların yarışı başa çatıb. Mükafat fondu 44.700.000 funt sterlinq təşkil edən turnirin finalında dünyaının 6 nömrəli qadın raketka ustası Ons Jaberlə (Tunis) dünya reytinq cədvəlində 42-ci yeri tutan Marketa Vondrouşova (Çexiya) qarşılaşıb. Qarşılaşma Vondrouşovanın qələbəsi ilə bitib - 6:4, 6:4. Qeyd edək ki, karyerasında ilk dəfə Böyük Dəbilqə turnirini və ümumiyyətlə ikinci titulunu qazanan çexiyalı tennisçi bu qələbə sayəsində ilk dəfə olaraq Top-10-a daxil olub. 24 yaşlı Vondrouşova hələ 2019-cu ildə belə bir uğura imza atmağa yaxın olub. Lakin həmin vaxt Çexiya təmsilçisi "Rolan Qarros"un finalında Eşli Bartiyə uduzmaqla bu şansı əldən qaçırmışdı. İndi isə o, "Uimbldon"u udan ikinci çexiyalı kimi tarixə düşüb. Bir məqamı da qeyd edək ki, Vondrouşa bu qələbə sayəsində 3,07 milyon dollar mükafat qazanmaqla şəxsi mükafat fondunu 8,5 milyona çatdırıb. Yeri gəlmişkən, finalda məğlubiyyətlə üzləşən Ons Jaber isə ikinci yerin sahibi kimi 1,5 milyon dollara sahib çıxıb. Jaber isə mükafat fondunu 11,6 milyon dollara çatdırıb.
Günün axşam saatlarında isə kişilərin analoji final görüşü keçiriləcək. Həmin görüşdə isə dünyaının bir nömrəli kişi raketka ustası Karlos Alkarasla (İspaniya) dünya ikincisi olan serbiyalı Novak Cokoviç qarşılaşacaq. Xatırladaq ki, ardıcıl olaraq 5-ci dəfə bəlli turnirin finalına yüksələn Cokoviç bundan öncəki 4 finalı qələbə ilə başa vurub.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.