FUTBOL
------------------
"İnter" Romelu Lukakudan üz çevirib
İtaliyanın "İnter" klubu onun düşərgəsində icarədə olan belçikalı forvard Romelu Lukakunu öz heyətinə qaytarmaq fikrindən vaz keçib. Milan təmsilçisi olan "Neradzurri" hətta onunla telefon əlaqələrini də kəsmək qərarına gəlib. Buna səbəb "Çelsi"yə (London, İngiltərə) məxsus olan forvardın həm "Yuventus", həm də "Milan"la gizli danışıqlar aparması olub. Lukakunun "İnter"lə vaxtında telefon əlaqəsi yaratmaması klub rəhbərliyini bərk qəzəbləndirib. Dünən axşam Lukaku "Neradzurra"nın idman direktoru Pyero Auzilioya zəng edərək münasibətləri yumşaltmaq istəyib. Lakin bu danışıq heç də uzun çəkməyib. "İnter" artıq hücum xəttində onu əvəzləyəcək birinin axtarışına çıxıb. Bir məqamı da qeyd edək ki, "Yuventus" Lukakunu yalnız Duşana Vlaxoviçi satdıqdan sonra ala bilər. Əks halda belçikalı forvard ya "Çelsi"yə dönməli olacaq, ya da Səudiyyə Ərıbistanından gələn təklifi dəyərləndirəcək.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.