VOLEYBOL
---------------------------
"Hədəfimiz ilk olaraq qrupdan çıxmaq və mümkün qədər irəliləməkdir"
Bu sözlərin müəllifi Çində keçiriləcək XXXI Ümumdünya Yay Universiadasında ölkəmizi təmsil edəcək voleybol üzrə yığmamızın hücumçusu Yusif Bunyatovdur. O, Universiada ilə bağlı Azərbaycan Voleybol Federasiyasının rəsmi saytına verdiyi açıqlamasında belə deyib: “Təxminən 8 gündən sonra isə Çinə yola düşəcəyik. Ümumdünya Yay Universiadasında ilk oyunumuza iyulun 29-da çıxacağıq. Qrupumuzda meydan sahibi Çinlə yanaşı, Yaponiya, Meksika və Ukrayna yığması yer alır. Rəqiblər kifayət qədər güclüdürlər. Lakin hələ ki, heyətlər bəlli olmadığına görə hansı səviyyədə olduqlarını da bilmirik. Buna baxmayaraq, biz məqşlərə biganə yanaşmırıq, yarışa çox ciddi hazırlaşırıq. Çində yüksək səviyyədə çıxış edib evə yaxşı nəticə ilə dönmək istəyirik. Heyətimiz də demək olar ki, tam bəllidir. Bəzi yeni oyunçular olsa da, yarışa əsasən əvvəlki heyətlə yollanacağıq.
Hədəfimiz ilk olaraq qrupdan çıxmaq və mümkün qədər irəli getməkdir. İnanıram ki, buna nail ola biləcəyik. Biz Universiadada yaxşı çıxış edib uğurlu nəticə qazanmaq və azarkeşləri sevindirmək üçün əlimizdən gələni edəcəyik”.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.