BASKETBOL. 3X3. DQSН
----------------------------------------
"Neftçi" DQS--nın qrup mərhələsində hər iki oyunu udub, Azərbaycan yığması isə ...
Dünən Kosovonun Priştine şəhərində qadınlar arasında 3x3 basketbolu üzrə Dünya Qadın Seriyasının 11-ci mərhələsinə start verilib. İki günlük yarışda ölkəmizi həm "Neftçi" (Erika Karter, Briana Freyzer, Aleksandra Mollenxauer və Dina UlyanovaHər iki təmsilçimiz artıq qrup oyunlarını başa vurub. "Neftçi" qrupda keçirfiyi oyunları qələbə ilə başa vuraraq adını pley-off iştirakçıları arasına yazdırdığı halda, yığmamız məğlubiyyətlər üzündən mübarizəni erkən dayandırmaq məcburiyyətində qalıb. Turnirin B qrupunda yer alan Azərbaycann yığması ABŞ millisinə 3:22, Macarıstanın "Dyor" klubuna isə 9:21 hesabla uduzub. D qrupunda mübarizəyə qatılan "Neftçi"yə gəlincə, əvvəlcə Hollandiyanı (11:6) məğlub edən ağ-qaralar ardından Kosovonu (20:9) da üstələyib.
Yeri gəlmişkən, bu mərhələnin digər qruplarına gəlincə,, A qrupunda Fransa, Macarıstan və İzrail, C qrupunda "Dyusseldorf" (Almaniya), Litva millisi və eləcə də Ukrayna, Türkiyə və Latviya triovunun yer aldığı təsnifat qrupunun qalibi olan komanda mübarizəyə qatılıb.
Reqlamentə uyğun olaraq, qruplarda ilk iki yeri tutan komandalar pley-offa keçərək 1\4 finaldan mübarizəni davam etdirmək hüququ qazanıblar. Öz qrupunun lideri olan "Neftçi" bu mərhələdə "Dyor"la qarşılaşacaq.
Xatırladaq ki, DQS-nın Şuşa və İzrail mərhələsini udan "Neftçi" klubu hazırda 333 xalla yarış cədvəlində 3-cü, aktivində 108 xalı olan Azərbaycan millisi isə 21-ci pillədədir.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.