BASKETBOL
----------------------------
U-20 basketbol yığmamız AÇ-da uduza-uduza finişə gedir
Şimali Makedoniyanın paytaxtı Skopyedə 20 yaşlı (U-20) basketbolçu oğlanlar arasında keçirilən və Azərbaycan komandasının da iştirak etdiyi Avropa çempionatının B dvizionu artıq yekunlaşmaq üzrədir. Baş məşqçi Tahir Baxçıyevin rəhbərliyi altında bu yarışa qatılan Azərbaycan komandası istər qrup , istərsə də pley-off mərhələdə keçirdiyi bütün oyunlarda məğlubiyyətlə üzləşib. Qeyd edək ki, yer aldıdığı A qrupunda İcveç (50:102), Ukrayna (49:83), Kosovo (71:78) və Gürcüstan (66:81) komandasına uduzaraq qrup sonuncusu olan yığmamız pley-offda isə ilk olaraq Lüksemburqla bacarmayıb - 63:78. Daha sonra isə U-20-miz 17-20-ci yerlər uğrunda Slovakiya yığması ilə qarşılaşıb. Təəssüflər olsun ki, basketbolçulıarımız bu oyunda da meydanı məğlub durumda tərk ediblər - 47:61 (11:23, 18:19, 13:6, 5:13). Bu günsə yığmamız 19-20-ci yerlərin sahibini müəyyənləşdirmək üçün Albaniya ilə üzləşəcək.
İNTİQAM Məmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.