GÜLƏŞ
---------------------
Sərbəst və yunan-Roma güləşi üzrə yığmamız son reytinq turnirində
Bu gün Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə reytinq xarakterli növbəti turnir start götürəcək. Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, seriyanın sonuncu mərhələsində iki milli komandamız (sərbəst və yunan-Roma) təmsil olunacaq. İyulun 16-dək davam edəcək yarışda sərbəst güləş üzrə yığmamız cəmi iki güləşçi ilə təmsil olunacaq. Bu cürlükdə isə Abubakr Abakarovla (86 kq) Maqomedxan Maqomedov (97 kq) yer alıb. Cütlük turnirə məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında qatılacaq. Sərbəst güləş üzrə yığmamızın digər üzvləri isə hal-hazırda Vladiqafqazda təlim-məşq toplanışındadır. Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyev və Şərif Şərifovun rəhbərliyi altında baş tutan hazırlıq prosesi iyulun 22-dək davam edəcək.
İyunun 29-dan Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında Almaniya və İsveç yığmalarıyla birgə toplanışda iştirak edən yunan-Roma güləşçilərimiz isə bu gün Budapeştə yollanacaq. Bu turnirdə ölkəmizi baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov, İslam Abbasov (hər ikisi 87 kq), Arif Niftullayev, Murat Lokyayev (hər ikisi 97 kq), Sabah Şəriəti və Beka Kandelaki (hər ikisi 130 kq) təmsil edəcək.
Qeyd edək ki, bəlli turnirdən sonra güləşçilərimiz bu ölkədə qalıb, bir neçə yığmayla birgə təlim-məşq toplanışı keçəcək. Komandamız iyulun 30-da geri qayıdacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.