Parabadmintonçumuz İbrahim Əliyev Uqandada iki medal qazanıb
Parabadmintonçumuz İbrahim Əliyev Uqandanın paytaxtı Kampala şəhərində keçirilən “Uganda Para Badminton International 2023” turnirində uğurla çıxış edərək biri gümüş, digəri bürünc əyarlı olmaqla iki medal qazanıb. O, gümüşə kişilərin qoşa yarışında, bürüncə isə şəxsi kateqoriyada sahib çıxıb. Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, parabadminton üzrə milli komandamızın üzvü İbrahim Əliyev “Level 3” seriyalı turnirdə şəxsi mübarizədə qrup mərhələsini mütləq nəticə (2 qələbə) ilə başa vuraraq pley-offa yüksəlib. “A” qrupunda yarışan İbrahim uqandalı Sabasi Kunya (21-8,21-5) və hindistanlı Ravi Pala (21-17,22-20) qalib gələrək yarımfinala yüksəlib. O, burada isə digər Hindistan təmsilçisi Vanş Upadhyayla qarşılaşıb. Təmsilçimiz 3 set davam edən gərgin qarşılaşmada rəqibinə 1:2 (12-21,21-19,14-21) hesabı ilə uduzaraq bürünc medalla kifayətlənib.
Kişi parabadmintonçuların qoşa kateqoriyasında hindistanlı Dev Rathi ilə birgə duet yaradan İbrahim qrupda İspaniya,Uqanda və Hindistanı təmsil edən rəqiblərinə qalib gələrək pley-offa adlayıb. Daha sonra isə İbrahim Əliyev-Dev Rathi tandemi 3 set davam edən final qarşılaşmasında Ravi Pal-Vanş Upadhyay (Hindistan) cütünə 1:2 (21-23,21-10,17-21) hesabı ilə məğlub olaraq gümüş medala layiq görülüb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.