VOLEYBOL
---------------------------
Qadın voleybol yığmamız AÇ-ya hazırlıq üçün bir araya toplaşır
Azərbaycanın qadın voleybolçulardan ibarət yığma komandasını qarşıda məsul yarış gözləyir. Söhbət yığmamızın 10-cu dəfə qatılacağı Avropa çempionatından gedir. Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, artıq yığmamız türkiyəli mütəxəssis Ataman Güneyligilin rəhbərliyi altında bir araya cəmləşməyə başlayıb. Bu gün isə yığmanın daha iki üzvü düşərgəyə qatılıb. Bunlardan biri mövsümü Rumıniyanın "CSM Lugoj" klubunda bitirən Yelizaveta Ruban, digəri isə Türkiyənin "Çukurova BLD. Adana Demirspor" klubunda forma geyinən Olena Xarçenkodur. Bunlardan az öncə isə düşərgəyə yığmanın sabiq forvardı, məvsümü Türkiyənin "Kuzeyboru" klubunda başa vuran Polina Rəhimova daxil olmuşdu.
Azərbaycan millisinin hücumçusu Nikalina Başnakova da toplanışa cəlb edilib. O, mövsümü Macarıstanın "Szent Benedek" klubunda bitirib.
Yeri gəlmişkən, yığmamız hazırda TMT-nın birinci mərhələsini Bakıda keçir. Növbəti mərhələ isə Bolqarıstanda olacaq. TMT-nın Bolqarıstan mərhələsində bir neçə yoldaşlıq oyunları da nəzərdə tutulur.
Qeyd: Avro-2023 avqustun 15-dən sentyabrın 3-dək Belçika. Almaniya. İtaliya və Estoniyada keçiriləcək. C qrupunda Çexiya (18 avqust), Almaniya (19 avqust), Türkiyə (20 avqust), Yunanıstan (22 avqust) və İsveçlə (23 avqust) birlikdə yer alan Azərbaycanın qrup oyunlarını Düsseldorfda (Almaniya) keçiriləcək.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.