FUTZAL
---------------------------
“Araz-Naxçıvan”ın UEFA ÇL-dakı rəqibləri müəyyənləşib
İsveçrənin Nyon şəhərində futzal üzrə UEFA Çempionlar Liqasının 2023/24-cü il mövsümünün püşkü atılıb. Bununla da bəlli turnirdə ölkəmizi təmsil edəcək və mübarizəyə ilkin mərhələdən başlayacaq son çempion “Araz-Naxçıvan”ın rəqibləri müəyyənləşib. Püıkün nəticəsindən asılı olaraq. komandamız"Riqa" (Latviya), "Jahn Regensburq" (Almaniya) və "İstanbul Şişli" (Türkiyə) ilə birlikdə A qrupunda yer alıb. Bu mərhələnin oyunları avqustun 22-dən 27-dək Latviyada keçiriləcək. Əsas mərhələyə qrup qalibləri və ən yaxşı göstəriciyə malik ikinci pilləni tutan 1 komanda vəsiqə qazanacaq.
Artıq əsas mərhələnin də püşkü atılıb. Qeyd edək ki, “Araz-Naxçıvan” oktyabrın 24-dən 29-dək keçiriləcək bu mərhələyə qrup qalibi kimi vəsiqə qazanacağı təqdirdə 6-cı qrupda yer alan Rəqibləri Plzen (Çexiya), Futsal Gentofte (Danimarka) və ilkin mərhələnin H qrupunun Radnik Bijeljina (Bosniya və Herseqovina), Tirana (Albaniya), Cefn Druids (Uels) və Sparta Belfast (Şimali İrlandiya) qalibi ilə üz-üzə gələcək. Əgər təmsilçimiz birinci mərhələnin ən yaxşı “ikinci”si kimi mübarizəni davam etdirsə, o zaman 5-ci qrupda Futsal Dinamo (Xorvatiya), eləcə də ilkin mərhələnin B (Örebro (İsveç), Diamant Linz (Avstriya), Amiqo Northvest (Bolqarıstan) və ASA Tel Aviv Ouls (İsrail) və C (Eindhoven (Niderland), Titoqrad (Monteneqro), Georgians (Gürcüstan) və Avropa (Cəbəllütarıq) qruplarının qalibləri ilə üz-üzə gələcək.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.