AĞIR ATLETİKA
--------------------------------
Muhəmmədəli Məmmədzadə AÇ-da 1 qızıl və 2 gümüş medal qazandı!
Moldovanın paytaxtı Kişinyovda 15 və 17 yaşlı yeniyetmə oğlan və qızlar arasında ağır atletika üzrə keçirilən və Azərbaycan atletlərinin də iştirak etdiyi Avropa birinciliyi (AÇ) davam edir. 40-a yaxın ölkəni təmsil edən 356 atletin (165 qız və 191 oğlan) iştirak edir. Bu gün daha bir Azərbaycan idmançısı körpücük üzərinı çıxıb və çıxışını uğurla bitirib. Söhbət 96 kq-da mübarizəyə qatılan 15 yaşlı Muhəmmədəli Məmmədzadədən gedir.
“Göyəzən” Ağır Atletika Klubunun təmsilçisi olan Məhəmmədəli birdən qaldırma hərəkətində 117 kq-ı qaldırıb və bu hərəkətdə bütün rəqiblərini geridə qoymaqla kiçik qızıl medal qazanıb.
Muhəmmədəli təkanla qaldırma hərəkətində də uğurlu çıxış edib. O, 138 kq-ı başı üzərinə qaldırıb və bu hərəkətdə kiçik gümüş medala sahib çıxıb.
Toplam isə 255 kq (117+138) nəticə göstərən Məmmədzadə yekun sıralamada da ikinci olmaqla gümüş medal əldə edib.
Ondan öncə isə 81 kq-da çıxış edən 15 yaşlı atletimiz Hüseyn Heydərov toplam 257 kq (118+139) nəticə göstərməklə 3 qızıl medalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.