FUTBOL
------------------
De Xea "Qırmızı şeytanlar"la yollarını ayırıb
"Mançester Yunayted" (İngiltərə) klubunun ispaniyalı qolkiperi De Xea nəhayət ki, 12 il qapısını və şərəfini qoruduğu klubla yollarını ayırıb. Bu xəbəri həm klub, həm də futbolçu özü rəsmi qaydada təsdiq eləyib. Bir məqamı da qeyd edək ki, De Xeanın "Qırmızı şeytanlar"la müqaviləsi bitdiyi üçün o, klubdan azad agent statusu ilə ayrılıb. 32 yaşlı qolkiper "Mançester Yunayted"ə 2011-ci ildə "Atletiko"dan (İspaniya) transfer edib. Bu illər ərzində o, "MYu"nun heyətində 545 dəfə meydana çıxıb. 190 oyunda isə o, qapısından qol buraxmayıb. Bu onun üçün rekord göstəricidir. De Xea "MYu"da 5 dəfə titul qazanıb: Titullar sırasında İngiltərə çempionluğu, Avropa Liqası, İngiltərə Kuboku və eləcə də İngiltərə Liqa Kuboku (iki dəfə).
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.