TENNİS. UİMBLDON
-----------------------------------------
Novak Cokoviç Sten Vavrinki udaraq "Uimbldon"unun 4-cü mərhələsinə adlayıb
İyulun 3-də Böyük Britaniyanın paytaxtı Londonda startı verilən və mükafat fondu 44.700.000 funt sterlinq təşkil edən tennis üzrə "Uimbldon" turniri davam edir. Bu gün turnirdə 3-cü mərhələyə start verilib. Maraqlıdır ki, sözügedən turnirin sonuncu qalibi olan serbiyalı Novak Cokoviç bu mərhələyə də birinci başlayıb. Qeyd edək ki, karyerasında 23 dəfə Böyük Dəbilqə turnirini qazanan Cokoviç bu mərhələdə isveçrəli Sten Vavrinklə qarşılaşıb. Hazırda dünyanın 2 nömrəli raketka ustası olan Novak rəqibini 6:3, 6:1, 7:6 hesabla məğlub edərək adını 4-cü mərhələyə yazdıran ilk tennisçi olub.
Cokoviçlə yanaşı, Andrey Rublev, Roman Safiullin (hər ikisi Rusiya), Xubert Xurkaç (Polşa), Yannik Sinner (İtaliya), Aleksandr Bublik (Qazaxıstan), Daniel Elaxi Qalan (İsveç) və kanadalı Denis Şapolov da 3-cü mərhələni qələbə ilə başa vurub. Bu gün axşam saatlarında isı dünyanın bir nömrəli raketka ustası olan ispaniyalı Karlos Alkaras Çili təmsilçizi Nikolas Xarri ilə üzləşəcək.
Turnirə iyulun 16-da yekun vurulacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.