GÜLƏŞ
-----------------------------
Qadın güləşçilərimizin Göygöl və Belmeken TMT davam edir
Güləş üzrə milli komandalarımız qarşıdakı məsul yarışlara hazırlığı davam etdirir. Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, qadınlardan ibarət millimizin üzvləri təlim-məşq toplanışını (TMT) 2 fərqli məkanda davam etdirir. Yığmanın bir neçə üzvü baş məşqçi Semyon Şterevin rəhbərliyi altında Bolqarıstanın Belmeken şəhərində TMT keçir. İyulun 5-də start götürən təlim-məşq toplanışı 20 gün davam edəcək. Belmemken toplanış başa çatandan sonra güləşçilərimiz “Poland Open” turnirində iştirak etmək üçün oradan birbaşa Varşavaya yollanacaq.
Komandanın digər üzvləri, o cümlədən qadın güləşi üzrə U-20 və U-17 millilərimiz isə böyük məşqçi Toğrul Əsgərov, məşqçilər Rövşən Umudov, Ağahüseyn Mustafayev və Solmaz Adilovanın rəhbərliyi altında Göygöldə toplanışdadır. İyulun 2-də fiziki hazırlığın yüksəldilməsi məqsədilə startı verilən hazırlıq prosesi 2 həftə davam edəcək.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.