GÜLƏŞ
---------------------------------
Üç sərbəst güləşçimiz AÇ-da final görüşünü gözləyir
Macarıstanın Kaposvar şəhərində 15 yaşlı (U-15) güləşçilər arasında keçiriən və Azərbaycan idmançılarının da iştirak etdiyi Avropa çempionatı davam edir. Çempionatın ikinci günü sərbəst güləşçilər mübarizəyə qatılıblar. Bu yarışda ölkəmizi məşqçilər Namiq Quliyev, Elşad Allahverdiyev və Xəqan Süleymanovun rəhbərliyi altında Müstəcəb Məmmədov (38 kq), Rəşid Nazarov (41 kq), Ruslan Əlizadə (44 kq), Həsən Həsənov (48 kq), Fərid Ağazadə, Hüseyn İsmayılov (hər ikisi 52 kq), İsa Yusibov (57 kq),Nihad Abbasov (62 kq),Rəşad Veysəlov (68 kq), Hüseyn Məmmədtağızadə, Nihad Quliyev (hər ikisi 75 kq),Amin Nəsibov və Hakim Tağıyev (hər ikisi 85 kq) təmsil edib. Bunlardan isə Hüseyn İsmayılov, İsa Yusibov və Amin Nəsibov daha yaxşı güləşərək finala yüksəlib. Bu isə ən pis halda gümüş medalı özünə təmin etməkdir. Daha üç güləşçimiz - yarımfinalda büdrəyən Rəşid Nəzərov, Ruslan Əlizadə və Fərid Ağazadə isə bürünc medal uğrunda mübarizə aparacaq. Qalan 7 güləşçimiz isə bürünc uğrunda mübarizəni təsəlliverici görüşlərlə davam etdirəcək. Bütün bu görüşlər günün axşam saatlarında keçiriləcək.
Yeri gəlmişkən, çempionatın bu günə təsadüf edən 3-cü günü isə yunan-Romaçılar mübarizəyə qatılıblar. Bu yarışda isə Azərbaycan məşqçilər Əbilfət Məmmədovla İlham Vezirovun rəhbərliyi altında Abdurrəhman Hüseynli, Qurban Məcnunov (hər ikisi 38 kq), Ayxan Əsədli (41 kq), Hikmət Haqverdiyev (44 kq), Elşad Abbasov, Əli Nəzərov (hər ikisi 48 kq), Nihad Məhərrəmov, Marat Ağakərimov (hər ikisi 52 kq), Məhəmməd Ələkbərli (57 kq), Nicat Yeylaqaliyev (62 kq), Yusif Əhmədli (68 kq), Rihad İbrahimli (75 kq) və Rüfət Əlizadə (85 kq) ilə təmsil olunur.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.