GÜLƏŞ
--------------------
Esra Məmədli AÇ-da gümüş medal qazanıb
Macarıstanın Kaposvar şəhərində 15 yaşlı (U-15) güləşçilər arasında keçiriən və Azərbaycan idmançılarının da iştirak etdiyi Avropa çempionatı davam edir. Şempionatın ilk günü meydan qızların ixtiyarına verilib. Bu yarışda ölkəmiz 5 idmançı ilə təmsil olunub ki, onlardan da yalnız biri - Esra Məmmədli (46 kq) çıxışını ikinci yerdə başa vuraraq, gümüş medal qazanıb. Xatırladaq ki, yalnız finalda macarıstanlı Mariya Jitovoza məğlub (0:7) məğlub olan Esra startda xorvatiyalı Ayla Kadriyiyə və ardından rumıniyalı Orsolya Soverə "tuş"la qalib gələrək, 1\4 finala yüksəlib və həmin mərhələdə də rusiyalı Polina Boçkarevanı (3:2) üstələyərək yarımfinala yüksəlib. Finala çıxışda isə o, belaruslu Ella Sudkoya tam üstünlüklə (10:0) qalib gəlib. Esra bu nəticə ilə qadın güləşi üzrə U-15 Avropa çempionatlarında ilk medal qazanan Azərbaycan idmançısı kimi adını tarixə yazdırıb.
Digər güləşçilərimizə gəlincə, 39 kq-da güləşən Əfsanə İslamova təsnifat mərhələsində, Milana Bağırzadə (62 kq) 1/4 finalda macarıstanlı Reka Bereçkiyə 0:3 hesabıyla uduzaraq mübarizəni erkən dayandırıb. Nəzrin Əhmədli (42 kq) bürünc medal uğrunda yunanıstanlı Mariya Qkikayla mübarizədə məğlub olub (0:8), Fidan Babayeva (58 kq) isə təsəlliverici görüşdə rusiyalı Liliya Yermoxinaya "tuş"la uduzub.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.