CÜDO
--------------------------
Azərbaycan cüdoçuları ACB-nin İspaniyada təşkil etdiyi TMT-da
Azərbaycan cüdoçuları 3-7 iyulda Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə İspaniyanın Benidorm şəhərindəki Olimpiya təlim düşərgəsində təşkil etdiyi təlim-məşq toplanışına (TMT) qatılıb. TMT-da gənclərdən, qadınlardan və böyüklərdən ibarət milli yığmanın idmançıları iştirak edir. Cüdoçulara Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli başda olmaqla, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və yığmanın məşqçisi Kifayət Qasımova, gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov və həmin komandanın məşqçisi Elxan Rəcəbli rəhbərlik edir.
Təlim-məşq toplanışı 4-6 avqustda Macarıstanın paytaxtı Budapeşt şəhərində keçiriləcək "Masters" turnirinə, sentyabr və oktyabr aylarında keçiriləcək gənclər arasında Avropa və Dünya çempionatlarına hazırlıq məqsədi daşıyır.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.