AĞIRLIQQALDIRMA
--------------------------------
Atletimiz Ravin Alməmmədov AÇ-da 3 qızıl qazanmaqla qitə çempionu olub
İyulun 1-də Moldovanın paytaxtı Kişinevda 15 və 17 yaşlı yeniyetmə oğlan və qızlar arasında startı verilən ağır atletika üzrə Avropa birinciliyi davam edir. Qeyd edək ki, yarışda Azərbaycan da daxil olmaqla 40-a yaxın ölkədən 356 atlet (165 qız və 191 oğlan) iştirak edir.
Dünən daha bir təmsilçimiz körpücük üzərinə çıxıb və çıxışını 3 qızıl medalla başa vuraraq, Avropa çempionu olub. Söhbət 73 kq-da çıxış edən 17 yaşlı Ravin Alməmmədovdan gedir. “Göyəzən” Ağır Atletika Klubunun təmsilçisi olan Ravin birdən qaldırma hərəkətində 137 kq-ı ram edib və bu hərəkətdə bütün rəqiblərini geridə qoymaqla qızıl medal qazanıb.
Ravin təkanla qaldırma hərəkətində də eyni uğuru çıxış edib. Bu dəfə isə o, 162 kq-ı başı üzərinə qaldırmaqla qızıl medala sahib çıxıb.
Toplam 299 kq (137+162) nəticə göstərən Alməmmədov yekun sıralamada da qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb!
Çempionata iyulun 10-da yekun vurulacaq.
İNTİQAM Məmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.