STOLÜSTÜ TENNİS
----------------------------------
Azərbaycan tenisçiləri Avropa çempionatına hazırlaşırlar
İyulun 14-də Polşanın Qliviçe şəhərində stolüstü tennis üzrə Avropa çempionatına start veriləcək. Çempionatda Azərbaycan idmançıları da iştirak edəcəklər. Azərbaycan Stolüstü Tenis Federasiyasından verilən məlumata görə, çempionatına qatılacaq yığmamız hazırda Çexiyanın Havirov şəhərində təlim-məşq toplanışını (TMT) davam etdirir. İyulun 13-dək keçiriləcək təlim məşq toplanışında gənclərdən İbrahim Ansari, Nihad Məmmədov, Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Xədicə Əbilzadə, Nigar Mahmudova, yeniyetmələrdən isə Adil Əhmədzadə, Rüstəm Hacılı, Hüseyn Eylazov, Mərziyyə Nurmətova, Arzu Aslanova və Aylin Əsgərova iştirak edir. TMT-ya məşqçilər Ramil Cəfərov və Elnur Hidayətzadə rəhbərlik edir.
Komandamız TMT-dan sonra oradan birbaşa Polşaya uçacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.