GÜLƏŞ
------------------------------
Avropa çempionatına güləşçi qızların çıxışıyla start verilib
Bu gün Macarıstanın Kaposvar şəhərində güləş hər üç növü üzrə U-15 Avropa çempionatına start verilib. Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, ölkəmiz hər növdə iştirak edəcək. Çempionatda ilk olaraq qızlar xalça üzərinə çıxıblar. Bu yarışda ölkəmizi məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında Əfsanə İslamova (39 kq),Nəzrin Əhmədli (42 kq),Esra Məmmədli (46 kq),Fidan Babayeva (58 kq) və Milana Bağırzadə (62 kq) təmsil edir.
İyulun 7-də sərbəst güləşçilər xalçaya çıxacaqlar. Bu yarışda məşqçilər Namiq Quliyev, Elşad Allahverdiyev və Xəqan Süleymanovun rəhbərliyi altında Müstəcəb Məmmədov (38 kq), Rəşid Nazarov (41 kq), Ruslan Əlizadə (44 kq), Həsən Həsənov (48 kq), Fərid Ağazadə, Hüseyn İsmayılov (hər ikisi 52 kq), İsa Yusibov (57 kq),Nihad Abbasov (62 kq),Rəşad Veysəlov (68 kq), Hüseyn Məmmədtağızadə, Nihad Quliyev (hər ikisi 75 kq),Amin Nəsibov və Hakim Tağıyev (hər ikisi 85 kq)
Kaposvarda nəyə qadir olduğunu nümayiş etdirəcək.
Ayın 8-də isə yunan-Roma güləşçiləri yarışa qoşulacaq və bununla da çempionata yekun vurulacaq. Məşqçilər Əbilfət Məmmədovla İlham Vezirovun rəhbərliyi altında çempionata qatılacaq yığmamızın heyətinə Abdurrəhman Hüseynli, Qurban Məcnunov (hər ikisi 38 kq),Ayxan Əsədli (41 kq),Hikmət Haqverdiyev (44 kq),Elşad Abbasov, Əli Nəzərov (hər ikisi 48 kq),Nihad Məhərrəmov, Marat Ağakərimov (hər ikisi 52 kq),Məhəmməd Ələkbərli (57 kq),Nicat Yeylaqaliyev (62 kq),Yusif Əhmədli (68 kq),Rihad İbrahimli (75 kq) və Rüfət Əlizadə (85 kq) cəlb edilib.
Təsnifat və təsəlliverici görüşlər Bakı vaxtı ilə 12:30-da başlayacaq. Yarımfinallar 19:00, medal qarşılaşmaları isə 20:00-da start götürəcək. Yarışın sonuncu günündə isə həlledici görüşlər 15:30-da başlayacaq. Qadın güləşində medalçılar iyulun 7-də, sərbəst güləşdə ayın 8-də, yunan-Roma güləşində isə çempionatın sonuncu günündə müəyyənləşəcək.
Onu da qeyd edək ki, AÇ-də daha iki həmyerlimiz - Kamran Baxışov və Samil Fəttayev isə ölkəmizi hakim qismində təmsil edəcək.
İNTİQAM Məmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.