PARATAEKVONDO
----------------------------
Parataekvondoçularımız Fransada iki turnirdə 6 medal qazanıblar
Fransanın Montargis şəhərində parataekvondo üzrə açıq Avropa çempionatı keçirilib. Paris-2024 Yay Paralimpiya Oyunlarına lisenziya xalı verən bu yarışda Azərbaycan milli komandası da iştirak edib. ATF-dan verilən məlumata görə, çempionat yığmamız üçün uğurlu olub. Belə ki, dayanq üzərinə çıxan təmsilçilərimizdən İmaməddin Xəlilov (70 kq, K-44) gümüş, eyni kateqoriyada mübarizə aparan digər idmançılarımız - Sabir Zeynalov (58 kq) və Amin Şıxəliyev (63 kq) isə üçüncü yeri tutaraq bürünc medal qazanıb. Azərbaycan bu nəticə ilə kişi komandaları arasında 5-ci olub.
Yeri gəlmişkən, yığmamız elə həmin ərəfdə eyni məkanda təşkil edilən və Həmrəylik turnirində də mübarizə apıb. Maraqlıdır ki, parataekvondoçularımız Paris-2024 Yay Paralimpiya Oyunlarına lisenziya xalı verən bu turnirdə də 3 medal qazanıb. Əyarı bürünc olan bu medallar yığmanın üzvlərindən Sabir Zeynalov (58 kq), Əbülfəz Abuzərli (80 kq) və Orxan Cəfərovun (+80 kq) payına düşüb. Hər 3 parataekvondoçu K-44 kateqoriyasında mübarizə aparıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.