TAEKVONDO
------------------------------------
Azərbaycan taekvondoçuları Türkiyə açıq çempionatında
Bu gün (İyulun 6-da) Türkiyənin paytaxtı Ankarada taekvondo üzrə açıq Türkiyə çempionatı start götürüb. “Taha Akgul Spor Salonu”nda 4 gün davam edəcək G-2 kateqoriyalı yarışda Azərbaycan gənclərdən və yeniyetmələrdən ibarət komandaları da qüvvəsini sınayacaq. Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, ölkəmiz bu yarışa 40 idmançı ilə qatılıb. .
Baş məşqçisi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədov olan gənclərdən ibarət yığmamızın heyətində 12 oğlan və 10 qız taekvondoçu yer alıb. Yarışda dayanq üzərinə Məhəmməd Həsənli (48 kq), Fuad Məhərləmli, Bahadur Dostuyev, Aydın Süleymanov (hər üçü 51 kq), Ramil Əsədov (55 kq), Vasif Səlimov, Marat Məmmədov (hər ikisi 59 kq), Vüqar Bağırov (63 kq), Rəvan Məmmədov, Yunis Hüseynov (hər ikisi 68 kq), Elcan Əliyev, Hüseyn Xudiyev (hər ikisi 73 kq) Firəngül Abbaszadə, Səlimə Quliyeva (hər ikisi 42 kq), Selcan Ağazadə, Zemfira Həsənzadə (hər ikisi 44 kq), Seyidxanım Məmmədova (46 kq), Banu Quliyeva (49 kq), Səadət Abbasova (55 kq), Nigar Abdullayeva və Nərgiz Kazımova (hər ikisi 59 kq) çıxacaqlar.
Yeniyetmələrdən ibarət komanda çempionatda Baş məşqçi Rəşad Məmmədov və böyük məşqçi Vurğun Cəfərovun rəhbərliyi altında qardaş ölkəyə yollanan yeniyetmələrdən ibarət komandamızın heyətinə isə 9 oğlan və 7 qız cəlb edilib. Heyətdə isə İlknur Alimov (148 sm), Xəzər Həmidov, Nuray Sultanova, Zəhra İsayeva, Leyla Kərimova (hamısı 152 sm), Anar Abdullazadə, İlyas Hətəmli, Novruz Əliyev, Humay Dadaşova, Şəms Əlizadə (hamısı 160 sm), Əliheydər Quliyev (164 sm), Nülufər Borji, Fatimə Həsənova, Narın Həsənova (hər üçü 168 sm), Mətləb Əliyev (172 sm) və Tamerlan Yaqubovu (180 sm) sınayacaq. Həmçinin "Qafqaz" Taekvondo Klubun baş məşqçisi Sənan Həşimovla yetirməsi Aylin Mahmudova (160 sm), "Kövsər" Taekvondo Klubun idmançısı Əminə Məmmədova (164 sm) yer alıb.
Səfərə yollanan komandalara ümumi rəhbərliyi Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev edir.
Yarışlarda ATF-in baş hakimi, beynəlxalq dərəcəli hakim Gündüz Abdullayev, Aygül Abdullayeva, Ramal Camalov və Coşqun Nadirov ölkəmizi təmsil edəcək.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.