BASKETBOL. 3X3. DQS
---------------------------------------
"Neftçi" DQS-da daha bir mərhələnin qalibi olub
Dünyada 16-cı, Avropada 10-cu olmuşuq
3-4 iyul günlərində İzrailin Netanya şəhərində 3X3 basketbolu üzrə Dünya Qadın Seriyasının sayca 9-cu olan növbəti mərhələ yarışı keçirilib. İki gün davam edən və iki klub və 6 milli komandanın mübarizə apardığı bu yarışda ölkəmizi "Neftçi" qadın basketbol klubu təmsil edib. Qeyd edək ki, ötən ay turnirin Şuşada keçirilən mərhələ yarışının qalibi olan "Neftçi" İzraildə də birinci olub. "Neftçi" Netanya mərhələsinin finalında turnirin ən güclüsü sayılan (3 mərhələnin qalibi) Çin yığması ilə qarşılaşıb. Görüş Azərbaycan klubunun 16:12 hesablı qələbəsi ilə bitib. Finalın ən dəyərli oyunçusu (MVP) "Neftçi" klubunun üzvü Brianna Freyzer seçilib.
Maraqlı bir faktı da qeyd edək ki, Azərbaycan Basketbol Federasiyası artıq avropanın ən güclü 10 federasiyası arasında yer alıb. Bu Azərbaycan Basketbol Federasiyasının 2022/23 mövsümündən etibarən 3x3 qadın basketboluna göstərdiyi xüsusi diqqət və qayğının nəticəsidir. Bu isə Beynəlxalq Basketbol Federasiyasının (FIBA) yeni açıqlanmış reytinq cədvəlində öz əksini tapmışdır. Belə ki, 3x3 basketbol üzrə qadın millimizin Dünya Qadın Seriyasındakı mütəmadi iştiraki və "Neftçi" klubunun "Şuşa" və "Netanya" mərhələlərində qazandığı uğurlar sayəsində, Azərbaycan Basketbol Federasiyası reytinq sıralamasında avropa üzrə 10-cu, dünya üzrə isə 16-cı pillədə qərarlaşmışdır.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.